Təkzib...

img

13-03-2014 [11:21]


Nəsimi rayon Məhkəməsinin 2(006)-2598/2013 saylı 15.07.2013-cü il tarixli qətnaməsinə əsasən Müstəqil İnformasiya Agentliyində (mia.az) dərc edilmiş "İcra başçısının 700 minlik borc qalmaqalı”; "Vilyam Hacıyev "Banditizm”də dindirilib” sərlövhəli yazıda İmişli rayon icra hakimiyyətinin başçısı Vilyam Hacıyev haqqında göstərilən aşağıdakı xəbərlər həqiqətə uyğun olmayan məlumatlar hesab olunmalıdır: 

"İmişli rayonunda aparılan tikinti-abadlıq işlərində iştirak edən Osman İsayev və digər iş adamları ilə Rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyevin arasında problemin olması və  Rayon İcra Hakimiyyətinin görülmüş işlərə görə iş adamlarına borclu qalması; bu kimi məsələlərin həlli ilə bağlı Rayon İcra Hakimiyyətin başçısı Vilyam Hacıyevin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət etməsi və dindirilməsi; rayonda tikinti-abadlıq işləri üçün iki milyon manat pul vəsaitinin ayrılması və verilərkən onun bir hissəsinin saxlanılması, həmçinin qalıq borclarının ölə Prezidentindən istənilməsi” kimi məlumatlar təkzib edilir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA