Bakı metrosunda dəhşət: ölən var

img

13-03-2014 [10:49]


Bu gün səhər saatlarında Bakı Metropolitenində dəhşət yaşanıb.

Metropoliten polisindən ANS PRESS-ə verilən əmlumata görə, hadisə "İnşaatçılar” stansiyasında insanların gözü qarşısında baş verib. Belə ki, təxmini yaşı 60 olan kişi qəfil yıxılıb. Sonradan onun öldüyü müəyyən olub. İlkin ehtimala görə, kişi ürək tutmasından ölüb.


Hələlik ölən şəxsin kimliyi məlum deyil. Araşdırmalara başlanılıb.

Mia.az-ın əməkdaşı xəbər verir ki, ölən şəxs "Elmlər Akademiyası" stansiyasında qatardan endirilib. Onun nəşi bu stansiyadan çıxarılaraq, ekspertizaya göndərilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA