Rəşad Nəbiyev: “İran kanallarının Azərbaycanın Cənubunda kütləvi yayımının qarşısı alınacaq"

img

08-02-2022 [13:30]


“İran kanallarının Azərbaycanın Cənub zonasında bizim milli kanalların tezliyində kütləvi yayımlanması texniki məsələdən daha çox tənzimləmə məsələsidir. Beynəlxalq Telekommunikasiya İttifaqının tövsiyələrinə uyğun olaraq davamlı şəkildə bu tezliklərin koordinasiya işi aparılır”.

Bunu  Azərbaycan rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev deyib.

R.Nəbiyevin sözlərinə görə, Azərbaycanın digər qonşuları ilə eyni məzmunda problemi yoxdur:

“Bilirsiniz, Rusiya, Gürcüstan və hətta Xəzər üzərindən bizimlə həmsərhəd olan Türkmənistan və Qazaxıstanla bizim hər hansı problemimiz yoxdur. Yeganə olaraq İran kanallarının kütləvi şəkildə bizim Cənub zonamızda yayımlanması ilə rastlaşırıq. Bu baxımdan da artıq İranla və İranın müvafiq qurumları ilə işlərə başlamışıq və işlər davam etdirilir. Hesab edirəm ki, yaxın aylarda biz bunu real effektini görəcəyik”/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR