Azərbaycan millisi iki ölkənin yığması ilə yoldaşlıq oyunu keçirəcək

img

07-02-2022 [17:36]


Futbol üzrə Azərbaycan milli mart ayında iki beynəlxalq yoldaşlıq oyunu keçirəcək.

Mia.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, yığma martın 25-də Malta, martın 29-da isə Latviya yığması ilə qarşılaşacaq.

Hər iki oyun Maltada (National Stadium) keçiriləcək və müvafiq olaraq, yerli vaxtla saat 19:00 və 13:00-da (Bakı vaxtı ilə saat 22:00 və 16:00) başlayacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:15 12.07.2025

Sabah isti hava olacaq