Prezident təqaüdçüsü olan məşhur jurnalist vəfat edib

img

07-02-2022 [12:43]


Əməkdar jurnalist, publisist, Prezident təqaüdçüsü, “Şöhrət” ordenli Qalina Mikeladze vəfat edib.

Mia.az xəbər verir ki, o, 90 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Q.Mikeladze Azərbaycan qadınının misilsiz fəaliyyətini öz qələmində əks etdirdiyinə, jurnalistikamızın inkişafına verdiyi töhvələrə, ölkənin ictimai-siyasi, mədəni həyatında fəal iştirak edib.

O, mədəniyyət xadimləri, məşhur siyasətçi, maarifçi və xeyriyyəçilər, tariximizdə iz qoymuş görkəmli qadınlar haqqında neçə-neçə məqalə, araşdırma və essenin, 20-dən artıq kitabın müəllifi olub.

2016-cı ildə Prezident İlham Əliyevin sərəncamı ilə Q.Mikeladze “Şöhrət” ordeni ilə təltif edilib.

Allah rəhmət eləsin!


Digər xəbərlər
SON XƏBƏRLƏR