DEPUTATIN ÖZÜNƏ YARAŞAN İFADƏLƏR...
06-02-2022 [12:37]
Bahəddin Həziyev,
"Bizim yol" qəzetinin baş redaktoru
***
2019-cu ilin axırında özünü buraxıb 2020-ci ilin əvvəlində yenidən deputat olan Cavanşir Feyziyev mən də daxil olmaqla bir sıra media mənsublarının ünvanına özünə yaraşan, özünə aid olan ifadələr işlədib. O ifadələrin hamısını eynilə Cavanşir Feyziyevin özünə göndərirəm.
Biz media olaraq Cavanşir Feyziyevin ailəsinə məxsus milyonlarla funt strelinq vəsaitin müsadirə olunması ilə bağlı London məhkəməsinin qərarı haqda da məlumat vermişik. Sonra məhkəmə öz qərarını bir hissədə geri oxuyub, onu da yazmışıq. Heç bir böhtana, təhqirə, qərəzə də yol verməmişik.
Buna baxmayaraq, mənim də adımı hallandıraraq, özünə "ziyalı" deyən bir şəxsə, deputata yaraşmayan leksikondan istifadə edib. Bəzi adamlar dilinin arxasında gizlənir. O cümlədən, qələminin. Bu dəfə Feyziyev dilinin, daha doğrusu, klaviaturasının arxasında gizlənməyə çalışsa da, Avstraliya səhralarındakı o böyük, məşhur quşun durumuna düşüb. Dəvəquşu kimi başını quma soxanlar gizləndiyini zənn edərlər, ancaq arxaları bayırda qalar.
Əslində o deputat bizim adımızı çəksə də, özü haqqında yazıb. Qələmindən başqa heç nəyi olmayan jurnalistləri də ağır cinayətlərdə ittiham edib. Təsəvvür edin: Azərbaycan Qarabağın bərpası, ümumiyyətlə, ölkənin inkişafı üçün xaricdən sərmayələr tapıb gətirməyə çalışarkən, dövlətin üst səviyyələrində olanlar, o cümlədən, deputatlar Azərbaycandan qapdıqları milyonları xaricə çıxarır. Burda Azərbaycan xalqının canından qoparıb yığdığı pulları öz ölkəsinə deyil, xaricə yatıran adam çıxıb da ömrünü, sağlamlığını vicdanlı sözə həsr etmiş bizə "sabotajçı", "agent" və sair deyə ittiham irəli sürür və ürəyi də soyumur, təhqir edir. Kimdir agent, kimdir sabotajçı və sair, nəinki Azərbaycan xalqı, bütün Dünya gördü. Təbii ki, onu məhkəməyə verə də bilərik, bizi ağır cinayətlərdə ittiham etdiyini isbatlamasını tələb edə bilərik. Ancaq bu, o deputat üçün böyük şərəf olar; əskiyini tamamlamış olarıq. Vicdanı varsa, saytımızda axtarış aparsın, görsün ki, onun saytımızda, səhifəmizdə nə qədər yazıları, xəbərləri dərc olunub. Heç bir təmənna güdmədən, heç bir qarşılıq gözləmədən. Yəqin yadından çıxıb, bizim elektron poçtumuza yazı göndərib, sonra da ardınca zəng edib xahişdə bulunduğu. Ancaq nə mən, nə mənim iş yoldaşlarım bunun qarşılığında nə ondan bir xahiş etmişik, nə bir təmənna gözləmişik. Cavanşir Feyziyev, bizim qəzetimizdə, saytımızda məqaləniz dərc olunmasını özünüzə şərəf bildiyiniz günləri unutmusunuz. Kimlərəsə nəyinsə qarşılığında nəsə yazdırıb-pozdurmağa bəlkə o qədər alışmısınız ki, hamını o arşınla ölçürsünüz. Sizə, sadəcə olaraq, ayıb olsun! Mənim adım heç bir murdar ağızda ləkələnməz. Bunu da bilin.
Şərəfi olan kəs hamını bir-birinə qatıb şərəfli qələm əhlinə böhtan atmaz, özünə aid olan ifadələri başqasının ünvanına sərf etməz. "Bizim Yol" və Bahəddin Həziyev olaraq haqqımı Sizə halal etmirəm. Haqqımızda nə demisinizsə, özünüzə "hədiyyə" edirəm. Və yazdığınız o mənfur statusu silib bütün Azərbaycan mediasından üzr istəməyinizi tələb edirəm. Dövlətin müvafiq səviyyələrdə bu hərəkətinizə reaksiya verməyini də gözləyirəm. Çünki Cavanşir Feyziyev olaraq Siz namuslu qələm adamlarını da xarici kəşfiyyata işləyən, agent və sair adlandırırsınız. Bunlar ağır dövləti cinayətlərdə ittiham etməkdir. Bu ittihamları irəli sürən, sona qədər getməli və sübuta yetirməlidir. Kişi sözünü sonuna qədər deyər. Bizimlə bağlı o ittihamlarınızı sübut edə bilməyəcəksinizsə, bunları söyləmək heç bir insanlığa, heç bir mənəvi ölçülərə sığmaz. Biz, əlbəttə ki, dövlətin reaksiyasını gözləməklə yanaşı, öz hüquqlarımızı bütün qanuni vasitələrlə qorumaq haqqını da özümüzdə saxlayırıq.
Bu arada deputat Cavanşir Feyziyevin ölkə mediasının nümayəndələrinə, o sırada mənə ünvanlanmış aşağılıq paylaşımını dərc edən, sonra da silən media orqanına da mən öz etirazımı mədəni şəkildə bildirmişəm. Peşə həmrəyliyi Jurnalistlərin Peşə Etikasının ən aparıcı müddəalarından biridir. Bu, jurnalistikanın şərəfidir. Kiminsə sifarişi və ya göstərişi ilə bilərıkdən və ya bilməyərəkdən öz qələm yoldaşlarını, bütün medianı ən ağır formada təhqir, təhdid və ağır cinayətlərdə ittiham etdirmək heç bir yazılmış və yazılmamış qanuna sığmır. Kiminin...
Bəli, Cavanşir Feyziyev kimi böyük varidatı olar, kiminin də şərəfi. Hansısa maddi və sair maraqlara görə şərəfli insanları da ləkələmək nə deməkdir?! Adını özünüz qoyun.
Sonda mən Azərbaycan Respublikasının rəhbərliyinə, Baş Prokurora, Milli Məclisin sədrinə müraciət edirəm: bir polis işçisinə zor tətbiq edən, təhqir edən Eldəniz Səlimovun hərəkətinə necə operativ və ədalətli hüquqi və siyasi qiymət verilibsə, bütün Azərbaycan mediasını, bürün jurnalistləri ağır formalarda təhqir, təhdid və ittiham etmiş Cavanşir Feyziyev də deputat mandatından edilməli və barəsində hüquqi ölçü götürülməlidir. Bu hərəkətə dövlətin adekvat qiymət verməsini gözləyirəm.
MİA.AZ
ABŞ-İran danışıqları nə vaxt olacaq? - Ağ Evdən açıqlama
Qəddafinin varisi öldürüldü, yoxsa... - Müşaviri və rəsmi agentlik "hə", ordu isə "yox" deyir
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
ABŞ-dan İranın hərbi həmləsinə - Reaksiya
Myanmada zəlzələ oldu - 5.9 bal gücündə
İsrail və Azərbaycan süni intellekt sahəsində əməkdaşlıq edəcək - Netanyahunun iştirakı ilə memorandum imzalandı
NATO Baş katibi Kiyevdə: "Yerdə qoşunlar, havada reaktiv təyyarələr, Qara dənizdə gəmilər..." - "Qış soyuq ola bilər, amma yaz mütləq gələcək"
Polkovnik və digər iki nəfərin məhkəməsi davam edir
"Gənclərbirliyi"nin keçmiş futbolçusu geri döndü
MEDİA-nın Müşahidə Şurasının 2026-cı il üzrə ilk iclası keçirilib
"Biz heç bir qanunsuz işlə məşğul olmuruq" - Ümid Abuzərli
Mərkəzi Hərbi-Həkim Komissiyasının sabiq rəisi saxlanılıb
Mədəniyyət naziri ABŞ diplomatı ilə görüşüb
Sosial mediada saxta kredit elanları... - Haker şəbəkəsi zərərsizləşdirildi (DETALLAR)
Azərbaycan Kuboku: təyinatlar bəlli oldu
"Beşiktaş" hücum xəttini gücləndirir - Daha bir transfer xəbəri var
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Fransada təxminən 4,2 milyon bomj var - Hesabat
Ərdoğan Səudiyyə Ərəbistanı və Misirə gedib - FOTO (YENİLƏNİB)
Dünyanı silkələyən "Epşteyn işi": səfir vəzifədən uzaqlaşdırıldı
Harutyunyan, Qukasyan, Sahakyan, İşxanyan.. - Onlar hakim qarşısına bu tarixdə çıxarılır
Naxçıvan Muxtar Respublikasının Konstitusiyasının Preambulası dəyişir - Nələr olacaq? (TƏHLİL)
AQTA yanında İctimai Şuranın sədri vəzifəsinə seçki olub
"Qalatasaray" "Volfsburq"un futbolçusu ilə anlaşdı
"Azercell” “Tələbə Təqaüdü Proqramı 2026”nı elan edir
Elmar Məmmədyarov Epşteynlə görüşüb? – Sabiq nazirdən açıqlama
Veysəloğlu Şirkətlər Qrupuna daxil olan "Ulduz" Şokolad Fabriki KOSHER sertifikatı əldə edib
Aİ ölkələri səfirləri İran Xarici İşlər Nazirliyinə çağırılıb
"Tiktoker Roşka"nın məhkəmə prosesi təxirə salınıb
"Çatlayın, partlayın, ölün" - Rəqsanə ilə şoumen aparıcı barışdı, izləyiciləri aşağıladılar + VİDEO
Sektor ləğv olundu, "alma ovçusu" yeni vəzifəyə gətirildi
GƏNCƏDƏ SENSASİYALI OLAY: "Kəpəz"in bakılı futbolçusu vuruldu, vəziyyəti ağırdır (YENİLƏNİB)
Yazıçılar Birliyinin növbəti qurultayının tarixi məlum olub
KREDİT MÜQAVİLƏLƏRİ: banklar sənədləri niyə tələsik imza atdırır?
ÇL-dən milyonlarq azanan "Qarabağ" 100 min avroya futbolçu alıb
AHİK-də daha bir dəyişiklik - Jurnalist vəzifədən niyə ayrıldı?
“Baku Medical Plaza” qanunsuzluq: səhv aparılan sinəkiçiltmə əməliyyatı və...- Cərrah 15 min təzminat ödəyəcək
Bakıya sulu qar və qar yağacaq - Sabahın hava proqnozu
"Mercedes"dən FIA-ya şikayət olunub - Səbəb bəllidir, cavab isə...
"Beşiktaş" afrikalı yarımmüdafiəçi ilə anlaşdı
Polis əməliyyatı: iki nəfər 26 kq narkotiklə tutulub