"Qalatasaray" Bafetimbi Qomislə yenidən anlaşıb

img

02-02-2022 [16:49]


Türkiyə "Qalatasaray"ı sabiq futbolçusu Bafetimbi Qomisi geri qaytarıb.

Mia.az xəbər verir ki, İstanbul təmsilçisi fransalı hücumçunun keçidini sosial şəbəkələrdə yayımladığı video ilə açıqlayıb.

37 yaşlı forvardla imzalanmış müqavilənin detalları hələlik bəlli deyil.

Qeyd edək ki, Bafetimbi Qomis 2017/2018 mövsümündə də "Qalatasaray"ın formasını geyinib. Təcrübəli futbolçu son olaraq Səudiyyə Ərəbistanının "Əl Hilal" komandasında çıxış edib.


Digər xəbərlər
SON XƏBƏRLƏR
00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA