AzTV Rəsulzadə ilə bağlı verilişi niyə vermədi? - TV-dən ayrılan aparıcı elm adamları və varislərdən halallıq istədi

img

31-01-2022 [13:52]


Ötən gün Azərbaycan Dövlət Televiziyasında yayımı nəzərdə tutulan Məhəmməd Əmin Rəsulzadəyə həsr olunmuş verilişin nümayiş etdirilməməsi bəzi söz-söhbətlər yaradıb. Yayım qadağası sosial şəbəkələrdə geniş müzakirə olunub.

Mia.az modern.az-a istinadən xəbər verir ki, "Yüz ilin sirləri" verilişinin layihə rəhbəri Fəxrəddin Həsənzadə artıq telekanalla əməkdaşlığa son verdiyini açıqlayıb.

Onun sözlərinə görə, belə məqamda şou düzəltməyi yox, susmağı üstün bilir:

"AzTV -də yayımlanan “Yüz ilin sirləri” proqramının layihə rəhbəri və Rəsulzadə ilə bağlı sənədli filmi hazırlayan biri kimi ümumi bir açıqlama vermək istədim. Kanal rəhbərliyinə və hər kəsə əsaslı veriləcək cavabım və dəlillərim var. Amma dostlarım bilir ki, mən belə məqamdan şou düzəltməyi yox, susmağı üstün bilirəm. Bu gündən etibarən AzTV ilə yollarımı ayırmaq qərarı verirəm. Məni tanıyan hər kəs siyasi mövqeyimi də bilir. Mənim sadəcə bir məqsədim var idi. O da dünya tarixində iz qoyan azərbaycanlıları ətraflı tanıtmaq".

Fəxrəddin Həsənzadə müsahibələrdə vaxtını aldığı dəyərli elm adamları və varislərdən üzrxahlıq edib:

"Müsahibələrdə vaxtını aldığım dəyərli elm adamları və varislər haqlarını halal etsinlər. Yaranan duruma görə tamaşaçılarımızdan üzr istəyirəm.

Nə çətinliklə ölkələrdə məzarları axtararaq uzun bir yolun sonuna gəldik. Mənim üçün bu gündən AzTV bitmişdir".

img

Digər xəbərlər
SON XƏBƏRLƏR