Sankt-Peterburqda Nizami Gəncəviyə həsr edilmiş “Yeddi gözəl” sərgisi açılıb - FOTOLAR
29-01-2022 [14:40]
Yanvarın 27-də Sankt-Peterburqda, Dövlət Rus Muzeyinin Mərmər sarayında dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyinə həsr edilmiş “Yeddi gözəl” sərgisi açılıb.
Mia.az xəbər verir ki, tədbirdə Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu, Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov və Dövlət Rus Muzeyinin elmi işlər üzrə direktor müavini Qriqori Qoldovski çıxış ediblər. Azərbaycan Milli Xalça Muzeyinin direktoru Şirin Məlikova qonaqlar üçün kurator turu keçib.
Sərginin ekspozisiyası bir neçə tarixi dövrü birləşdirən xalça, zərgərlik, bədii metal, miniatür və teatr-dekorasiya sənətinin, həmçinin, klassik musiqi və rəqsin, müasir incəsənətin və deklamasiya layihəsinin sintezindən ibarətdir.
Nizaminin poeziyası əsrlər boyu sənətkarları ilhamlandırıb. Görkəmli Azərbaycan bəstəkarı Qara Qarayevin klassikaya çevrilmiş “Yeddi gözəl” baleti buna bir nümunədir. Balet məşhur “Xəmsə” poemalarından birinin motivləri əsasında yazılıb. “Yeddi gözəl” baleti ilk dəfə 1956-cı ildə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində nümayiş etdirilib.
Sərginin ekspozisiyasında ədəbi və musiqili-xoreoqrafik mənbəyə əsaslanaraq, qiymətli dekorativ-tətbiqi sənət əsərlərinin nümayişi üçün xüsusi mühit yaradılıb. Ekspozisiya XVI əsrə aid “Kitab oxuyan gənc oğlan” Təbriz miniatürü əsasında Azərbaycanın məşhur konseptualist rəssamı Rəşad Ələkbərovun işıq və kölgə vasitəsilə yaratdığı “Miniatür” instalyasiyası ilə başlayır.
Layihənin konsepsiyası səs və vizual obrazların vəhdətini nəzərdə tutur. Videoinstalyasiyaların köməyi ilə tamaşaçının baş verən hadisələrdə şəxsi iştirakı effekti əldə olunur. Məsələn, qədim əlyazma kitabları təsvir edən videoinstalyasiyalarda miniatür personajları canlanaraq, tamaşaçını sehrli dünyalarına dəvət edirlər. Canlanmış orta əsrlər kitabının təmtəraqlı saraylarında səyahət edərkən tamaşaçı özünü balet məkanında tapır, burada onu kainatın hədsiz hüdudlarından xəyal kimi peyda olan rəqs edən balerinalar əhatəsinə alır.
Sərginin interaktiv davamı olaraq Heydər Əliyev Fondu və ICOM Azərbaycan Milli Komitəsinin təşkil etdiyi “Nizami: dildən-dilə” beynəlxalq onlayn-deklamasiya layihəsinin videoçarxı nümayiş olunur. Videoçarxda Azərbaycan, Rusiya, Özbəkistan, Qazaxıstan və Qırğızıstandan 150-dən çox tanınmış incəsənət və mədəniyyət xadimləri Nizami Gəncəvinin “Yeddi gözəl” poemasından fraqmentləri deklamasiya edirlər.
Sərgi Heydər Əliyev Fondu, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyi və Azərbaycan Milli Xalça Muzeyinin dəstəyi ilə təşkil olunub. Sərginin kuratorları Azərbaycan Milli Xalça Muzeyinin direktoru Şirin Məlikova, “Azərxalça” ASC-nin sədri Emin
Məmmədovdur. Sərginin ekspozisiyasını Heydər Əliyev Fondu, Azərbaycan Milli Xalça Muzeyi və Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin kolleksiyasından eksponatlar təşkil edir.
Sərgi 9 may 2022-ci il tarixinədək davam edəcək
"Qazaxlı Alik"in oğlu Fuad Muradovun məhkəməsi başlayır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Trampın məhkəməsinin qarşısında bir nəfər özünü yandırıb
Mətbuat katibi: "Dörd kəndin Azərbaycana qaytarılması çoxdan gözlənilən tarixi hadisədir"
Buraxılış imtahanının nəticələri elan olunub
Hal şahidləri ilə bağlı qanuna dəyişiklik olub
Uşaqların peyvəndlənməsi barədə əmr imzalanıb
Nazir generalları topladı, yeni tapşırıqlar verdi - DİN-də kollegiya iclası (FOTOLAR)
Qəzzada daha 9 dinc fələstinli həlak olub
İLHAM ƏLİYEV MOSKVADAN SONRA ALMANİYAYA GEDƏCƏK - Tarix bəlli oldu
Universitetin sözçüsü vəzifədən ayrılıb
Prezident İlham Əliyev Rusiyaya gedir
“AzəriMed” QSC-lə bağlı məhkəmə qalmaqalı yaranıb
Partiya sədri özünə yeni müşavir təyin edib
Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı
Keşlədə saxta məhsullar istehsal edən sexlər aşkarlanıb
TOVUZDA ŞOK OLAY: 34 YAŞLI QADIN YANDIRILDI - 22 yaşlı oğlan tərəfindən (YENİLƏNİB)
G7 ölkələrindən rəsmi Bakı və İrəvana çağırış: "Gücdən istifadə etməmək, suverenliyə hörmət..."
Baş prokurorun Çinə işgüzar səfəri başa çatıb
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə telefonda danışdı - Nələr müzakirə olunub?
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır
Azercell Böhran İdarəetmə Qrupu layihəsini elan edir
Onlar pensiyaya daha tez çıxacaq - Yeni qanun
Dövlət Xidmətinin vəzifəli şəxslərinin maaşı artırılır - BU QƏDƏR
Türkiyədə güclü zəlzələ olub
Naxçıvanda yoxlama: 15 iş üzrə materiallar Baş Prokurorluğa və DTX-yə təqdim olunub
Xocavənddə fermada partlayıcı maddələr aşkarlanıb
Sabahın hava proqnozu açıqlanıb
Kirayədə yaşayan BDU-nun tələbəsi özünü öldürüb (Yenilənib)
Hərbi Dəniz Qüvvələri Xəzər dənizində taktiki təlimdə - VİDEO
Premyer Liqası: növbəti turun təqvim və hakim təyinatları açıqlanıb
DEPUTATLAR TOPLANIB: daha 14 məsələ müzakirə olunacaq - SİYAHI
Misli, Topaz... - Azərbaycan futbolunda nə baş verir?
“Yaxşı verilişlərin aparıcılarının "saxlayanı" var” - Kamran Həsənli kimin bostanına daş atır?
Bakının strateji hədəfi və ya rəsmi Moskvanın qərbi azərbaycanlılarla bağlı mesajı - TƏHLİL
Türkiyə səfirliyinin yeni mətbuat katibi Bakıya gəlib
İran İsrailə cavab zərbəsi endirəcək? - ABŞ-ın İsraildəki səfirliyi vətəndaşlarına xəbərdarlıq edib
Əfqan mədənçi böyrəyə görə yandırılıb?