Rəsmi Moskva: “Rusiya Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası, sonradan isə..."

img

27-01-2022 [17:48]


“Rusiya Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası, sonradan isə demarkasiyasına dair ikitərəfli komissiya yaratmağı nəzərdə tutan Azərbaycan, Rusiya, Ermənistan liderlərinin 2021-ci ilin 26 noyabr tarixində Soçi şəhərində qəbul etdikləri bəyanatı yerinə yetirmək üçün tərəfdaşları ilə çalışmağa davam edir”.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin məlumat və mətbuat departamentinin müdir müavini Aleksey Zaytsev həftəlik brifinqdə bildirib. 

Onun sözlərinə görə, komissiyanın yaradılması və delimitasiya işlərinə başlanması sərhəddəki mənfi halların qarşısını almağa, bütövlükdə Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılmasına töhfə olar: “Sahələr üzrə təmasları nəzərdə tuturuq. Nəticələr barədə KİV xəbərdar olacaq”/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR