Azərbaycan yığmasının üzvlərində koronavirus aşkarlanıb - SİAHI (Yenilənib)

img

27-01-2022 [17:08]


Portuqaliyanın Almada şəhərindəki Qran-Pridən əvvəl koronavirusa yoluxmuş Azərbaycan cüdoçularının adları bəlli olub.

Mia.az Beynəlxalq Cüdo Federasiyasına istinadən xəbər evrir ki, Yaşar Nəcəfov (66 kq), Zaməddin Poladov (73 kq) və Rüfət İsmayılov (90 kq) COVID-19 testi müsbət nəticə verib. Onların adları yarışın iştirak ərizəsindən çıxarılıb və bir saat sonra başlayacaq püşkatma mərasimində olmayacaq.

Beləliklə, Azərbaycan turnirdə 6 kişi, 3 qadın idmançı ilə təmsil olunacaq.

***

Qran-Pridə iştirak etmək üçün Portuqaliyanın Almada şəhərinə yollanan cüdo üzrə Azərbaycan yığmasında koronavirusa kütləvi yoluxma halı aşkarlanıb.

"A Bola" nəşri xəbər verir ki, nümayəndə heyətinin 5 üzvündə infeksiya aşkarlanıb. Onların arasında məşqçi və idmançılar da var.

Həmçinin 9 nəfərin peyvənd olunmadığı iddia edilir.

Azərbaycan Cüdo Federasiyasından "Report"a bildirilib ki, məsələ ilə bağlı tezliklə rəsmi açıqlama veriləcək.

Qeyd edək ki, 28 - 30 yanvarda təşkil olunacaq Qran-pridə Azərbaycanı 13 cüdoçu təmsil etməli idi/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR