Rusiya klubu iranlı futbolçunu yığmanın düşərgəsinə buraxmayıb

img

27-01-2022 [17:57]


Rusiyanın "Zenit" klubu futbolçusu Serdar Azmunu İran millisinin düşərgəsinə buraxmayıb.

TASS xəbər verir ki, buna 27 yaşlı hücumçunun daha əvvəl Sankt-Peterburq təmsilçisinə FIFA-nın icazə verdiyi müddətdən gec qayıtması səbəb olub.

İran yığmasının baş məşqçisi Draqan Skoçiç forvardı yığmaya buraxmadığı üçün "Zenit"i tənqid edib. 54 yaşlı mütəxəssisin sözlərinə görə, Azmunun koronavirus testi əvvəcə müsbət, sonra isə mənfi çıxıb.

Rusiya klubunun Mətbuat Xidməti məşqçilər korpusunun komandanın maraqlarına uyğun qərar qəbul etdiyini bildirib və "Zenit"in məsələ ilə bağlı FIFA-nı məlumatlandırdığı diqqətə çatdırılıb.

Qeyd edək ki, İran millisi bu gün 2022-ci il dünya çempionatının seçmə oyununda İraqla, fevralın 1-də Birləşmiş Ərəb Əmirlikləri ilə üz-üzə gələcək. 2019-cu ildən "Zenit"də çıxış edən Serdar Azmun yayda azad agent kimi Almaniyanın "Bayer" (Leverkuzen) klubuna keçəcək/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR