Gürcüstanda Aİ və NATO-ya üzvlüyün tərəfdarlarının sayı artır - Sorğu

img

27-01-2022 [12:09]


Gürcüstanda rəyi soruşulanların 83 %-i ölkənin Avropa İttifaqına (Aİ) üzvlüyünü dəktəkləyir.

Bu, ABŞ-ın Milli Demokratiya İnstitutunun (NDI) ölkədə keçirdiyi ictimai rəy sorğusu nəticəsində məlum olub.

Respondetlərin 8 %-i Aİ-yə üzvlüyü dəstəkləməyib, digər 8 %-i isə müvafiq suala cavab verə bilməyib.

Sorğuda Gürcüstanın NATO-ya üzvlüyünü dəstəkləyənlərin faiz göstəricisi isə 77 % təşkil edib. Ölkənin bu məqsədini 11 % dəstəkləməyib, 12 %-i isə sualı cavablamaqda çətinlik çəkib.

Sorğu 2021-ci ilin 7-13 dekabr tarixində telefonla aparılıb və 2 099 nəfərin rəyi öyrənilib.

Qeyd edək ki, NDI-nin ötən ilin yanvarında apardığı araşdırmaya əsasən, Gürcüstanın Aİ-yə üzvlüyünü sorğuda iştirak edənlərin 80 %-i, NATO-ya qoşulmanı isə 74 %-i dəstəkləyib/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR