Gənc qadın onu zorlayan müdirini güllələdi - Təfərrüat

img

11-03-2014 [10:39]



Türkiyədə dəhşətli bir cinayətin üstü açılıb. Politika.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, Ankarada yaşayan 30 yaşlı bir qız anası olan Güldən onu avtomobildə zorlayan tanışı Yasini öldürüb. Qadın Yasinin silahı ilə onun başından güllələyib.

Polis araşdırmalar zamanı Yasinlə Güldənin əvvəldən bir-birilərini tanıdığı və qadının həmin şəxsin tikiş fabrikində işlədiyi məlum olub. Cinayətkar qadın polis tərəfindən saxlanılıb və məhkəməyə təhvil verilib. İstintaq zamanı maraqlı təfərrüatlar ortaya çıxıb.

Məlum olub ki, Güldən məktəbli vaxtında Hasan adlı bir gənclə tanış olub. Bir-birilərini sevən cütlük evlənmək qərarına gəlir. Lakin Güldənin ailəsi ziyalı olub və maddi cəhətdən Hasanın ailəsindən imkanlı olub. Bu səbəbdən də Güldənin anası onu kasıb və savabsız oğlana qız verməkdən imtina edib. Bu səbəbdən Güldənlə Hasan birlikdə qaçıblar. Onlar bir müddət xoşbəxt cütlük kimi yaşayıblar. Lakin sonralar kasıbçılıq və bəzi məqamlar onların arasındakı məhəbbət odunu söndürməyə başlayıb. Hətta Hasan Güldənə xəyanət etməyə başlayıb. Bunun səbəbini soruşduqda isə Hasan yoldaşını döyməyə başlayıb. Güldən bu münasibətdən bezərək ayrılıb və iki yaşlı qızını da götürərək evdən çıxıb.

Güldəni atası evində qəbul etməyiblər. Qadın məcbur olub kirayə ev tutub və qızı ilə orda yaşamağa başlayıb. Yaxınlıqdakı tikiş fabrikində işə düzələn Güldan bir müddət sonra fabrikin direktoru Yasin ilə tanış olub. Çox keçmədən Yasin Güldənə evlənmək təklif edib. Qadın bu təklifi rədd edib. Lakin Yasin ondan əl çəkməyib.

Bir gün Yasin işdən sonra Güldəni avtomobilə mindirərək evə yola salıb. Yolda avtomobili kənara çəkərək, qadını maşından çıxarıb. Onu avtomobilin arxa oturacağına apararaq orada qadını zorlamağa başlayıb. Qadın onun əlindən qurtarmaq istəsə də, bunu bacarmayıb. Yasin qadını zorladıqdan sonra əynini geyinmək istədiyi vaxt, Güldən avtomobildən onun silahını götürüb. Silahı Yasinin başına dirəyən Güldan bir dəfə atəş açıb. Başından güllə yarası alan Yasin hadisə yerində ölüb

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA