Daha iki ölkədən Azərbaycana giriş-çıxışına icazə verilib

img

26-01-2022 [20:13]


Azərbaycana hava nəqliyyatı vasitəsilə daha iki ölkə və orada daimi yaşayan digər ölkə vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin giriş-çıxışına icazə verilib.

Mia.az-ın xəbərinə görə, Nazirlər Kabinetinin “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” qərarında bununla bağlı dəyişiklik edilib.

Dəyişikliyə əsasən, Belarus və Rumıniya vətəndaşları, orada daimi yaşayan digər ölkə vətəndaşları, habelə vətəndaşlığı olmayan şəxslər Azərbaycana səfər edə biləcəklər.

Bununla da Azərbaycana hava nəqliyyatı vasitəsilə vətəndaşlarının giriş-çıxışına icazə verilən ölkələrin sayı 68-ə çatıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR