Səbinə Əliyeva ATƏT-in toplantısında: "Ermənistan tərəfinin tam və dəqiq mina xəritələrini təqdim etməməsi səbəbindən..."
26-01-2022 [19:30]
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva videokonfrans vasitəsilə Azərbaycanın sədrliyi ilə keçirilən ATƏT-in Təhlükəsizlik üzrə Əməkdaşlıq Forumu çərçivəsində (TƏF) təşkil olunmuş “Beynəlxalq humanitar hüquqa əməl olunması və mülki şəxslərin müdafiəsi” mövzusunda Təhlükəsizlik Dialoqunda məruzə ilə çıxış edib.
Mia.az xəbər verir ki, iclasda ilk olaraq çıxış edən S.Əliyeva beynəlxalq insan hüquqları hüququnun və beynəlxalq humanitar hüququn təməl prinsipləri, bu sahədə mövcud beynəlxalq sənədlərin icrasında dövlətlərin üzərinə düşən öhdəliklər, beynəlxalq humanitar hüquq normalarının implementasiyası, bu normaların pozulması hallarının müstəqil araşdırılmasında milli insan hüquqları təsisatlarının rolu barədə danışıb.
Dünyada humanitar problemlərdən biri kimi diqqət mərkəzində olan məcburi köçkün probleminin 30 ilə yaxın müddət ərzində Azərbaycan üçün aktual problemlərdən biri olduğunu bildirən Ombudsman çıxışında Ermənistanın işğalçılıq siyasəti nəticəsində məcburi köçkünə çevrilmiş bir milyonadək azərbaycanlının yaşamaq, işgəncəyə məruz qalmamaq, mülkiyyət, ədalətli məhkəmə araşdırması hüququ kimi bir çox fundamental hüquqlarının kobudcasına pozulduğunu bildirib.
İkinci Qarabağ müharibəsindən sonra Ermənistanın işğalından azad edilmiş ərazilərə məcburi köçkünlərin qayıdışı üçün dövlət tərəfindən kompleks tədbirlərin həyata keçirildiyi, “ağıllı kənd” və “ağıllı şəhər”lərin salınmasına başlandığı, Füzulidə beynəlxalq aeroportun tikilib istifadəyə verildiyi, yol və nəqliyyat infrastrukturunun yenidən qurulduğu diqqətə çatdırılıb.
Bununla yanaşı, azad edilmiş ərazilərdə bütün yaşayış binalarının və digər sosial obyektlərin tamamilə dağıdılması, eləcə də minaların və digər partlayıcı qurğuların basdırılması səbəbindən məcburi köçkünlərin öz doğma torpaqlarına qayıda bilmədiyi vurğulanıb. Müharibədən sonra mina partlayışları nəticəsində həlak olan və yaralanan şəxslərlə bağlı statistikanı nəzərə çatdıran Ombudsman Ermənistan tərəfinin tam və dəqiq mina xəritələrini təqdim etməməsi səbəbindən çoxsaylı mülki şəxslərin və hərbiçilərin qurbana çevrildiyini bildirib.
Ombudsman tədbir iştirakçılarına 27 sentyabr 2020-ci il tarixindən başlayaraq Ermənistan tərəfindən törədilmiş beynəlxalq humanitar hüquq pozuntularının araşdırılması məqsədilə təsisat tərəfindən həyata keçirilən fəaliyyətlə bağlı məlumat verib. Fərq qoyulması prinsipinə zidd olaraq Ermənistanın Azərbaycanın döyüş bölgəsindən uzaqda yerləşən bölgələrə etdiyi hücumların mülki şəxslərin həlak olması və yaralanması ilə nəticələndiyini qeyd edən Ombudsman beynəlxalq humanitar hüququn pozuntusu olan bu faktlarla bağlı hesabatların beynəlxalq təşkilatlara ünvanlandığını nəzərə çatdırıb.
Ombudsman, həmçinin Birinci Qarabağ müharibəsi dövründən itkin düşmüş hesab edilən şəxslər barədə iştirakçılara məlumat verib, itkin düşmüş 3890 azərbaycanlı barədə qarşı tərəfin bu günədək məlumat vermədiyini vurğulayıb.
Məruzənin yekununda Ombudsman beynəlxalq humanitar hüququn implementasiyası və təbliği sahəsində milli insan hüquqları institularının roluna diqqət çəkərək, bu sahədə əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsinin insan hüquq pozuntularının qarşısının alınması baxımından əhəmiyyətli oduğunu qeyd edib.
Daha sonra iclasda digər məruzələr dinlənilib.
Qeyd edək ki, Azərbaycan Ombudsmanı iclasda Ermənistan nümayəndəsinin səsləndirdiyi əsassız iddialara tutarlı cavab verərək, Ermənistanın törətmiş olduğu müharibə cinayətləri, çoxsaylı beynəlxalq humanitar və insan hüquqları pozuntuları faktlarını əsaslı dəlillərlə Forum iştirakçılarının diqqətinə çatdırıb.
İranın keçmiş XİN başçısı ağır yaralanıb – Həyat yoldaşı isə hadisə yerində həlak olub
Polşa MN: “ABŞ olmadan NATO, NATO olmadan güclü ABŞ ola bilməz”
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
İranın yeni lideri Trampa meydan oxudu, dirəniş mesajı verdi: “Qəti şəkildə elan edirəm ki…”
Aralıq dənizində zəlzələ olub - 4.7 bal gücündə
Küveyt MN: “Son 24 saat ərzində İranın 3 kruiz raketi və…”
İrandan İsrailə növbəti hücum olub
Paşinyan Putinlə görüşdə: "İrəvan Qarabağı Azərbaycanın tərkibində tanıyıb, üstəlik..."
Putinlə Paşinyan görüşdü - VİDEO
Eldar Əzizov Ramana qəsəbəsində - FOTO
Özbəkistanın Baş naziri Azərbaycana gəlib
Xalq artisti Zaur Rzayevin səhhəti barədə - AÇIQLAMA
"Mənim ömürlük sədr olmaq fikrim yoxdur" - Anar Rzayev
Sabahkı hava ilə bağlı - Xəbərdarlıq
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Tramp: “İran atəşkəs istəyir, lakin…”
“Kontakt Home” mağazalar şəbəkəsindən şikayətlər artıb - Açıqlama
İcra başçısı 32 nəfəri vəzifədən azad edib
Əli Əsədov Şimali Kiprin Baş naziri ilə görüşüb
Masazırda çökən yolla bağlı rəsmi açıqlama yayıldı
FIFA referisi UEFA-dan təyinat alıb
Masallıda fərdi yaşayış evində yanğın - Ölənlər var (Yenilənib)
Arda Gülər: “Çox xoşbəxtik"
Ağdərədə mina partlayıb, yaralı var - Üç qurum birgə məlumat yaydı
AFFA 3 klubu yarışlardan kənarlaşdırıb - SƏBƏB
Masazırda yeni çəkilən yol çöküb - FOTOLAR
İstanbulda zəlzələ olub
Rusiya kəşfiyyatı: “Ukrayna sülh təkliflərini qəbul etməlidir”
İran Parlamenti: “ABŞ-la danışıqlar aparılmayacaq və…”
Tramp ABŞ-ı NATO-dan çıxarır – "Bunu Putin də bilir”
Vilayət Eyvazov 356 vətəndaşı qəbul etdi, rəislərə tapşırıqlar verdi - Nazir polis olmaq istəyənlərin sıra baxışını da keçirib (VİDEO)
Qərb Sənaye Parkı yaradılacaq - Prezident sərəncam imzaladı
AFFA Vaqif Cavadovu yeni vəzifəyə təyin edib
Sabah hava necə olacaq? - Proqnoz
Kəmaləddin Heydərovun oğluna satılan zavodla bağlı qalmaqal böyüyür - Bir nəfər axtarışa verildi
İraqın Ərbil şəhərinə dron hücumu olub – Evlərdən biri vurulub
Türkiyədə çörəyin qiyməti qalxdı - Açıqlama
İSTİNTAQ İDARƏLƏRİ BİRLƏŞDİRİLİR - Nələr olacaq?
İnstitut direktoru vəzifədən azad olunub
Sumqayıtda 46 yaşlı qadın bıçaqlanıb
Apreldə hava necə olacaq? - AYLIQ PROQNOZ
Magistraturaya qəbul imtahanı: ərizə qəbulu başlayıb
Nökerquli Ataquliyev Bakıda belə qarşılandı - FOTOLAR