Vüqar Rəhimzadə: "Sosial proqramların uğurlu icrası vətəndaş məmnunluğunun artmasında əhəmiyyətli rol oynayır"
CƏMİYYƏT
26.01.2022, 19:00
“Dövlət başçısı İlham Əliyevin bütün çıxışlarında, çağırışlarında dönə-dönə qeyd olunur ki, həyata keçirilən iqtisadi siyasətin təməlində vətəndaş amili dayanır. 2003-cü ildən bugünədək dayanıqlı iqtisadi inkişafın təmin edilməsi istiqamətində atılan addımlar və bunların fonunda əhalinin sosial müdafiəsinin gücləndirilməsinə yönələn Prezident Fərman və sərəncamları məhz bu ali məqsədə xidmət edir. Cənab İlham Əliyev Prezident kimi fəaliyyətə başladığı ilk gündən bu çağırışı etdi ki, iqtisadi tərəqqi təkcə rəqəmlərdə deyil, insanların gündəlik həyatında da öz əksini tapmalıdır. Bu çağırış, eyni zamanda, Azərbaycan dövlətinin sosial siyasətində vətəndaş məmnunluğunun artırılmasının prioritet istiqamət olduğunu təsdiqləyir. Bununla yanaşı, Prezident İlham Əliyev ilk gündən “Neft kapitalını insan kapitalına çevirək!” tezisini irəli sürərək iqtisadi tərəqqinin qeyri-neft sektorunun hesabına əldə olunmasını qarşıya mühüm vəzifə kimi qoydu. Dövlət başçısı onu da bildirdi ki, “Neft kapitalını insan kapitalına çevirməliyik” deyəndə təkcə elmə, texnologiyalara, təhsilə qoyulan sərmayədən söhbət getmir. Söhbət həm də ondan gedir ki, Azərbaycan vətəndaşına hər yerdə hörmət olmalıdır.
Bütün bu uğurlu addımların sayəsində son illərdə sosial sahədə həyata keçirilən islahatlar nəticəsində ciddi irəliləyişlərə nail olunub, əhalinin sosial müdafiəsinin gücləndirilməsi, sosial ödənişlərin, əməkhaqlarının artırılması istiqamətində ardıcıl addımlar atılıb. Nəzərə alsaq ki, 2019-cu ilin sonundan dünya koronavirus infeksiyası ilə mübarizə aparır, bu halda, hətta inkişaf etmiş ölkələrdə belə iqtisadi durğunluğun yaşanmasına baxmayaraq, Azərbaycanda COVID-19 pandemiyasının məşğulluğa və insanların rifahına mənfi təsirlərinin qarşısının alınması üçün sosial dəstək proqramlarının icra olunmasını önəmli addımlar kimi qiymətləndirə bilərik. Postmüharibə dövründə şəhid ailələrinin, müharibə əlillərinin təqaüdlərində orta hesabla 60 faiz artımlar edildi, yeni təqaüd növləri təsis olundu. Əməkhaqlarında ciddi artımlara uyğun olaraq 2020-ci ilin əvvəlindən pensiyalar 16,6 faiz, 2021-ci ilin əvvəlindən 11,4 faiz artırıldı və bu artımlar 1 milyon 100 min pensiyaçını əhatə etdi. Ümumilikdə, 2018-2021-ci illərdə sosial təminat növləri, yəni pensiya, müavinət, təqaüd, ünvanlı dövlət sosial yardımı üzrə illik xərclər 60 faiz artıb.”
Mia.az xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.
V.Rəhimzadə qeyd edib ki, iqtisadi tərəqqinin güclü sosial siyasətlə tamamlanması ölkə ictimaiyyəti tərəfindən böyük rəğbətlə qarşılanır. Bu da vətəndaş məmnunluğunun səviyyəsinin artması ilə müşayiət olunur. Bu baxımdan Prezident İlham Əliyevin 2021-ci il
16 oktyabr tarixli “Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında” Sərəncamı sosial islahatların uğurla davam etdirilməsinə geniş imkanlar yaradır. Yeni islahatlar paketi 2,1 milyon insanı əhatə edir.
“Reallıq budur ki, iqtisadi tərəqqi hər bir dövlətin hərtərəfli inkişafında, qarşıya çıxan problemlərin narahatlıq doğurmadan müsbət həllində əhəmiyyətli rol oynayır” söyləyən YAP Xətai rayon təşkilatının sədri qeyd edib ki, 2008-ci ildə dünyanı bürüyən, nəticələri son illərə qədər davam edən iqtisadi və maliyyə böhranının ardınca 2019-cu ilin sonlarından başlayaraq bu günədək davam edən koronavirus infeksiyası ilə mübarizə tədbirləri də ölkələrin malik olduqları imkanların təqdimatında mühüm rol oynadı: “Baxmayaraq ki, COVID-19-la mübarizə insan sağlamlığı ilə bağlı məsələdir, təbii ki, görülən tədbirlər ölkələrin iqtisadi imkanlarına söykənir. Mübarizə tədbirlərinə başlandığı günlərdə əksər dövlətlər iqtisadiyyatda durğunluğu aradan qaldırmaq üçün yollar axtarışına çıxdığı halda, Azərbaycan dövləti insanların sağlamlığının təmin olunmasını önə çəkdi, bu fonda iqtisadi islahatların dərinləşdirilməsinin prioritetliyini mühüm vəzifə kimi irəli sürdü. Prezident İlham Əliyev bildirdi ki, iqtisadi islahatlar dərinləşdirilməli, heç bir sosial layihə təxirə salınmamalıdır. Sosial dəstək proqramlarının uğurlu icrası vətəndaş məmnunluğunun artmasında əhəmiyyətli rol oynadı. Buna əmin olmaq üçün Prezident İlham Əliyevin
ötən il bölgələrə reallaşdırdığı səfərlərin say tərkibinə, eyni zamanda, açılışında və təməlqoyma mərasimlərində iştirak etdiyi sosial obyektlərin sayına, bugünümüz üçün önəminə diqqət yetirmək kifayətdir. Real mənzərə budur ki, dayanıqlı inkişafın təmin edilməsi təkmil islahatların həyata keçirilməsini, idarəetmə sistemində yenilikləri əsas tələb kimi qarşıya qoyur.”
Vüqar Rəhimzadə bu məqamı da xüsusi qeyd edib ki, Prezident İlham Əliyevin sosial islahatlar proqramının əsas hədəfi dövlət sosial xidmətlərinin innovativ yanaşmalara əsaslanan modern, çevik və optimal mexanizmlər üzərində qurulması, xidmətlərdə sosial ədalət, şəffaflıq, ünvanlılıq, əlçatanlıq və bərabərlik prinsiplərinin təmin edilməsidir: “ASAN xidmət”, DOST mərkəzlərinin yaradılması və əhatə dairəsinin genişləndirilməsi də bunu təsdiqləyir. Dövlət başçısı bildirir ki, siyasətimiz DOST mərkəzlərində öz əksini tapır. Yəni, bu mərkəzlər müasir Azərbaycanın simasını əks etdirir və ölkəmiz məhz bu yolla inkişaf etməlidir. Müasirlik, yenilik, islahatlar, gənclərin bu işlərə böyük dərəcədə qoşulması ölkəmizin inkişafına xidmət edəcək. Bu gün artıq beş DOST mərkəzi fəaliyyət göstərir. DOST mərkəzlərində göstərilən xidmətlərdən vətəndaşların məmnunluq səviyyəsi 98,2 faizdir. Bütün Bakı şəhəri və Abşeron rayonu DOST şəbəkəsi ilə əhatə olunub. İşğaldan azad edilmiş ərazilərimizdə, Qarabağın tacı Şuşamızda da DOST mərkəzinin yaradılması nəzərdə tutulur ki, bu da dövlət başçısı İlham Əliyevin bu
torpaqlarda soydaşlarımızın ən yüksək şəraitlə təmin edilməsi çağırışına əsaslanır. Göründüyü kimi, yenə də dövlət siyasətində vətəndaş məmnunluğu öndədir. 2019-2025-ci illərdə Bakıda və ölkəmizin regionlarında 31 DOST mərkəzinin istifadəyə verilməsi nəzərdə tutulub.»
YAP Xətai rayon təşkilatının sədri onu da əlavə edib ki, vətəndaş məmnunluğunun təmin edilməsinə xidmət edən “ASAN xidmət”, ABAD və DOST layihlərinin uğurlu icrası, onların coğrafiyalarının genişlənməsi dayanıqlı inkişafın əsası olan şəffaflığı təmin edir, korrupsiyanın qarşısını alır, vətəndaşların vaxta qənaət etmələrinə şərait yaradır. Qısa müddətdə DOST mərkəzləri şəbəkəsinin ölkəmizin bütün regionlarını, o cümlədən işğaldan azad edilmiş bölgələri də əhatə etməsi Azərbaycan dövlətinin sosial təminat sahəsində təkmilləşmədə nə qədər maraqlı olduğunu göstərir. DOST mərkəzləri Azərbaycanın yeni brendi olmaqla yanaşı, bir çox ölkələr də ölkəmizin bu innovativ yeniliyini öyrənməkdə maraqlıdırlar.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Qəzzanın bərpasına nə qədər vəsait ayrılacaq? - Sülh Komitəsi açıqladı
Bugün, 23:01 DÜNYA
-
Etibar Məmmədovdan MSK sədrinə sərt ittihamlar: “Məzahir Pənahov orada özü üçün şəxsi heyət yaradıb...”
Bugün, 21:42 SİYASƏT
-
Ərdoğanla Paşinyan bir arada - ABŞ-da görüş oldu + FOTOLAR
Bugün, 20:16 GÜNDƏM
-
Azərbaycan və Fransa XİN başçıları görüşüb - Nyu-Yorkda
Bugün, 20:06 SİYASƏT
-
Kılıçdaroğlu istefa verən Yavaşı öz sözləri ilə "vurdu"
Bugün, 18:30 SİYASƏT
-
"Fənərbağça"nın almaq istədiyi məşhur futbolçunu döydülər - FOTO
Bugün, 18:11 İDMAN
-
“MyShops”dan “Nothing” smartfonu al, Azercell-dən 6 ay ərzində 6GB internet hədiyyə qazan!
Bugün, 18:05 İQTİSADİYYAT
-
Suriya prezidenti BMT tribunasından İsrailə ultimatum verib
Bugün, 17:58 DÜNYA
-
Ceyhun Bayramov Nyu-Yorkda yeni görüş keçirib
Bugün, 17:58 SİYASƏT
-
Bələdiyyə sədrləri CHP-dən istefa verdi - SİYAHI
Bugün, 17:47 DÜNYA
-
Özgür Özəldən Mənsur Yavaşın istefası haqda ilk - Açıqlama
Bugün, 17:38 SİYASƏT
-
"Nar” inklüziv mövzulu sənədli filmin nümayişinə dəstək göstərdi - FOTOLAR
Bugün, 17:32 CƏMİYYƏT
-
Prezident İlham Əliyev: "Xəbəri məni olduqca kədərləndirdi"
Bugün, 17:26 GÜNDƏM
-
Aktirisa geyimi ilə gündəmə gəldi: "Anam hazırlayıb" - FOTO
Bugün, 17:17 ŞOU-BİZNES
-
Sabahdan Həcc ziyarətinə sənəd qəbulu başlayır
Bugün, 17:17 CƏMİYYƏT
-
"Araz-Naxçıvan"da baş məşqçi təyinatı olub
Bugün, 17:15 İDMAN
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bugün, 17:00 İQTİSADİYYAT
-
Bakıda iki nəfər 31 kq narkotiklə saxlanılıb
Bugün, 16:27 KRİMİNAL
-
Daha bir qurum AZCON-un idarəetməsinə verildi - Fərman
Bugün, 16:01 GÜNDƏM
-
Prezident İlham Əliyev bu şəxsə yüksək vəzifə verdi - "AzerGold" QSC-də dəyişiklik
Bugün, 15:57 GÜNDƏM
-
DAHA İKİ QURUM BİRLƏŞDİRİLİR - Əli Əsədov qərar imzaladı
Bugün, 15:40 GÜNDƏM
-
TƏBİB-də daha iki təyinat - Onlar Departament müdiri oldu + FOTO
Bugün, 15:37 GÜNDƏM
-
Zeynəb Xanlarova əməliyyat olundu
Bugün, 15:28 CƏMİYYƏT
-
BVF rəsmisi BMT tribunasından xəbərdarlıq etdi, siyasətçiləri cəsarətli olmağa çağırdı: "Əgər hökumətlər iqtiadiyyatlarını dizayn edə bilməsələr..."
Bugün, 15:25 İQTİSADİYYAT
-
Əfvə düşən Martin Ryan azadlığa buraxılıb
Bugün, 15:17 SİYASƏT
-
Azərbaycanda tanınmış idmançı saxlanılıb
Bugün, 15:08 KRİMİNAL
-
Xəzər TV Kardiologiya İnstitutundan süjet hazırladı: kartof-çörək müəmması və... - VİDEO
Bugün, 14:54 CƏMİYYƏT
-
Bakıda 150-dən çox bina söküləcək - Kompensasiya məbləğləri açıqlandı
Bugün, 14:39 CƏMİYYƏT
-
Mənsur Yavaş CHP-dən istefa verdi
Bugün, 14:33 SİYASƏT
-
Bəzi bölgələrə yağış yağacaq - Xəbərdarlıq
Bugün, 14:31 GÜNDƏM
-
Əfv sərəncamının icrası başlayıb
Bugün, 14:24 GÜNDƏM
-
Maliyyə Nazirliyi dövlət qurumlarında yoxlama aparıb
Bugün, 14:03 İQTİSADİYYAT
-
"Yüksəliş" müsabiqəsinin qalibi yeni vəzifəyə təyinat aldı
Bugün, 14:02 CƏMİYYƏT
-
Azərbaycanda orta aylıq əməkhaqqı nə qədər qalxacaq? - AÇIQLAMA
Bugün, 13:55 İQTİSADİYYAT