"Onsuz da bu insanların maaşı, pensiyası azdır..." - Deputat və ekspertlərdən artan cərimələrə etiraz
26-01-2022 [17:38]
Azərbaycanda dayanma, durma, parklanma qaydaların pozulmasına görə cərimələrin artırılması və yenilərinin tətbiqi təklif olunur.
İnzibati Xətalar Məcəlləsinə bununla bağlı dəyişikliklər layihəsi yanvarın 25-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsində müzakirə edilib. Layihə birinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə olunub. Bir sıra cərimələrin təqribən ikiqat artırılması təklif olunur.
Bununla belə artıq illərdir ki, bir çox sürücülər parklanma yerlərinin az və baha olmasından şikayət edirlər. Amma rəsmi qurumlar da bu istiqamətdə fəaliyyətlərindən qalmırlar. Dövlət Yol Polisi İdarəsinin məlumatına görə, yalnız yanvarın 24-də Bakıda avtomobillərin qanunsuz parklanması ilə əlaqədar keçirilən reydlərdə 1000-ə yaxın cərimə protokolu yazılıb.
Milli Məclisin deputatı Fazil Mustafa mövzu ilə bağlı bunları deyib: “Bu cərimələri niyə artırırsan? Onsuz da indiki cərimələr də çoxdur. Onsuz da bu insanların maaşı, pensiyası azdır. İndi maşın sürür deyə, cəhənnəm əzabı çəkməlidir?”.
O hesab edir ki, vətəndaşı bu qədər yükləmək olmaz: “Əhalinin xeyli hissəsi maşın sürür. İndi bu adamlar nə etsin ki, parklanma yeri yoxdur, yaxud da yollar dardır? Vaxtında yollar da normal çəkilməyib. Buna görə hər dəfə cərimələri 20, 30, 40 manat artırmaq lazımdır?! Bu, vətəndaşı dövlətdən narazı salmaq üçün düşünülmüş bir metoddur”.
Deputat qeyd edib ki, əvvəl alternativ parklanma yerlərini yaratmaq lazımdır: “Yalnız bundan sonra vətəndaşlardan parklanma yerindən kənar maşını saxlamasına görə nəsə tələb etmək olar. Hesab edirəm ki, cərimələrin artırılmasına getmək olmaz. Bu, elə çörəyin qiymətlərinin artırılması kimi bir şeydir”.
Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev də “Turan”a bildirib ki, məsələ, hələlik, Milli Məclisində layihə kimi müzakirə mərhələsindədir: “Dəyişikliklər olunarsa, məsələni şərh etmək olar”.
Nəqliyyat üzrə ekspert Ərşad Hüseynov bildirib ki, layihədə bütün cərimələrin artırılması nəzərdə tutulmur: “Dayanma və durma qaydalarının pozulmasının 20-30 variantı var. Hazırda bunların hamısına 20 manat cərimə var, yalnız avtobus dayanacağı yerində durmaq 40 manatdır. Son layihədə isə üç variantda dayanma və durma qaydalarının pozulmasına görə cərimələr artırılır. İkinci, üçüncü və sonrakı cərgələrdə dayanmaq, səkidə, yol ayrıcında dayanmaya görə cərimələr 40 manata artırılır”.
O vurğulayıb ki, parklanma üsuluna və əlilliyi olan şəxslər üçün ayrılmış parklanma yerində digər nəqliyyat vasitələrinin saxlanmasına görə də cərimələr 10 manatdan 20 manata qaldırılır.
Ekspertin sözlərinə görə, ölkədə həm parklanma yerlərinin təşkili, həm də dayanma, durma yerlərinin müəyyən edilməsi ilə bağlı ciddi problemlər var: “Bakıda son vaxtlar dayanmanı qadağan edən yerlərin sayı artıb, nişanların sayı çoxalıb. Bu, düzgün yanaşma deyil və belə olan halda cərimələrin artırılması çoxlu mübahisələr yaradacaq”.
İqtisadçı Rəşad Həsənov isə AzadlıqRadiosuna bildirib ki, belə qərarlar bir neçə marağın kombinasiyası nəticəsində ortaya çıxır: “Neftin qiymətinin artmasının hökumətin gəlirlərinə təsiri olsa da, bəzi hallarda onların gəlirlərinə birbaşa təsiri yoxdur. Buna görə də bu gün neftin qiymətinin qalxıb-qalxmaması cərimələrlə bağlı qərarın müzakirəyə çıxarılmasına birbaşa təsiri etmir”.
Onun fikrincə, burada xidmət göstərən qurumlar çalışır ki, öz maliyyə təminatını gücləndirsin: “İkincisi isə, ola bilsin ki, həmin cərimələrin artırılması çəkindirici xarakter daşıyır. Burada digər maraqlar da ola bilər. Büdcə inflyasiyaya gedir, qurumların saxlanma xərcləri artır, əmək fonduna əlavə artımlar nəzərdə tutulub və bunların hamısını maliyyələşdirmək lazımdır. Maliyyələşdirmə isə daha çox digər mənbələrdən toplanan gəlirlər hesabına həyata keçirilir”.
MİA.AZ
"Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır" - "Biz oturub gözləyə bilmərik"
“Sığorta ödənişinin verilməsi Qaydası”nda dəyişiklik olunub
Azərbaycanla Ermənistan sərhədləri müəyyənləşir: koordinatlar dəqiqləşdirilib - Rəsmi açıqlama yayıldı (Yenilənib) - FOTO
İLHAM ƏLİYEV BEYNƏLXALQ FORUMDA: "Biz 4 kəndi heç vaxt unutmadıq..." - FOTOLAR (YENİLƏNİR)
Türkiyədə daha bir mütəşəkkil cinayətkar dəstə zərərsizləşdirilib
Gömrük sədri Bakı gömrüyündə qapıda qalıb... - Maraqlı oay
Prezident İlham Əliyev: "Ermənistan Naxçıvanla yol əlaqəsini qurmaq imkanını bloklayır"
Fatih Terimin komandasını gərgin oyunlar gözləyir
Müğənni: "Heç vaxt o geyimdə məclis idarə etmərəm"
Ceyhun Bayramov Çexiya XİN başçısı ilə görüşüb (Yenilənib)
AVRO-2024: hakimlərin adları açıqlandı - SİYAHI
Deputatlar arasında "atışma": "Tahir Mirkişili növbəti dəfə mənə uğursuz cavab verməyə cəhd etdi"
Polis əməliyyatı: Astara sakini 51 kq narkotiklə tutulub
PA rəhbəri, işçiləri, İcra Hakimiyyəti əməkdaşları...- Vəzifəli şəxslərin təsnifatında dəyişiklik edildi (YENİ QANUN)
Sabah rayonlara yağış yağacaq
Füzuli şəhərinə daha 150 nəfər köçürülüb
Azərbaycanla Albaniya arasında viza tələbi ləğv olunur
Körpələr evində mənimsəmə: cinayət işi açılıb
Hacı Şahinin “YouTube” kanalı bərpa olunub
Direktorun cinayət işi məhkəməyə göndərildi
Zahid Oruc: "Paşinyan dedi ki, mən gedirəm, sonra torpağın əsil sahibi İlham Əliyev özü gələcək”
Prezident İlham Əliyev Zelenskini Bakıya dəvət edib
Azərbaycanla Türkiyə arasında daha bir saziş təsdiqlənib
İsmail Kartal: "Qarşıda 5 oyun var, çempion olacağımıza inanıram..."
Məhkəmə Əvəz Zeynallı ilə bağlı daha bir qərar verdi
Milli Məclis daha 18 qanuna dəyişiklik edəcək - SİYAHI
Hüquq müdafiəçisindən Qubad İbadoğlu haqda qərara şərh: "Bu variant daha çox tətbiq olunmalıdır..."
İsrail ordusu fələstinlilərin yaşadığı əraziyə növbəti hücum edib - Ölən və yaralılar var
Abel Məhərrəmovla polkovnik arasında torpaq qalmaqalı: "Keçmiş rektor zəbt eədiyi torpağımdan çıxmaq istəmir..."
Sumqayıt Regional Mərkəzinə rəis müavini təyin olunub
Almaniyada "zombi məzarı" tapılıb - FOTO
Rusiya Kiyev və daha bölgəyə hücum edib, yaralılar var - Açıqlamalar
“Beşiktaş”ın keçmiş futbolçusu baş məşqçi təyin olunub
Goranboy rayonunda zəlzələ olub
Türk model ABŞ-da öldürüldü, daha sonra isə.... - FOTO
İlkay Gündoğan "Barselona"dan ayrılır
Polşada NATO-nun təlimlərində ispan hərbçi ölüb - Açıqlamalar
İsrail ordusundan daha bir istefa - General "gedirəm" dedi
Aralıq dənizində zəlzələ olub
Daha köklü bir klub "Həvəskarlar liqasına "yuvarlandı"
Baydenin "əmimi adamyeyənər yeyib" iddiası Baş naziri qəzəbləndirdi: "Xalqımız bunu haqq etmir..."
Türkiyə kuboku: "Beşiktaş" bu heyıtlə meydana çıxacaq - SİYAHI
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Fənərbağça" çempionluq yarışında ağır "yara aldı"