Mübariz Qurbanlının qardaşı oğluna yeni vəzifə verilib

img

26-01-2022 [16:17]


Daxili işlər orqanlarında kadr dəyişikliyi olub.

Bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, polis polkovnik-leytenantı Emin Qurbanov Samux Rayon Polis Şöbəsinin xidmət üzrə rəis müavini təyin olunub.

O, bundan əvvəl Gəncə Şəhər Baş Polis İdarəsinin Kəpəz Rayon Polis İdarəsinin ərazi üzrə Polis Bölməsinin rəisi vəzifəsində çalışıb.

E.Qurbanov işdən çıxarılaraq sərəncama götürülmüşdü/oxu.az/

Qeyd edək ki, E. Qurbanov Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının qardaşı oğludur.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA