Milli Gimnastika Arenasındakı yarışa 14 ölkədən 63 idmançı qatılacaq

img

26-01-2022 [12:16]


Fevralın 13-də Bakıda start götürəcək ikigünlük batut gimnastikası üzrə Dünya Kubokunun iştirakçı ölkələrinin sayı açıqlanıb.

Mia.az Azərbaycan Gimnastika Federasiyasının rəsmi feysbuk hesabına istinadən xəbər verir ki, Milli Gimnastika Arenasındakı yarışa 14 ölkədən 63 idmançı qatılacaq.

Dünya Kuboku 2022-ci ildə ölkədəki ilk beynəlxalq turnir olacaq.

Yarışlar İdman TV telekanalı vasitəsilə canlı yayımlanacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR