Azərbaycan əsgərinin əlində patron partladı

img

10-03-2014 [16:20]


Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu yaralanıb. Hadisə Müdafiə Nazirliyinin qərb bölgəsində yerləşən hərbi hissəsinin əsgəri, 1994-cü il təvəllüdlü əsgər Elmir Sərdar oğlu Hüseynovun əlində patron partlayıb. Nəticədə əsgər sağ əlinin üç barmağını itirib. E.Hüseynov hospitala yerləşdirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən fakt təsdiqlənib.

Qeyd edək ki, E.Hüseynov Ağcabədi rayonundan hərbi xidməti çağırılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA