İran-Azərbaycan Hökümətlərarası Birgə İqtisadi Əməkdaşlıq Komissiyasının növbəti iclası keçiriləcək

img

25-01-2022 [15:46]


Bu il mart ayının əvvəlində İran-Azərbaycan Hökümətlərarası Birgə İqtisadi Əməkdaşlıq Komissiyasının növbəti iclası keçiriləcək.

Bunu jurnalistlərə açıqlamasında Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev İranın yol və şəhərsalma naziri və Hökümətlərarası Birgə İqtisadi Əməkdaşlıq Komissiyasının həmsədri Rüstəm Qaseminin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşündən sonra deyib.

“İran tərəfi ilə bugünki müzakirələri hesab etmək olar ki, hökümətlərarası komissiyasına hazırlıq mərhələsi kimi görülən işdir. Əminəm ki, komissiyanın iclasına kimi möhtərəm Prezidentimiz tərəfindən verilən tapşırıqlar yerinə yetiriləcək. Verilən tapşırıqların icrası baxımından zəruri bir sıra sənədlərin imzalanmasına, zəruri infrastruktur layihələrinin yerinə yetirilməsinə döğru gedəcəyik”, - deyə Ş. Mustafayev bildirib.


Digər xəbərlər
SON XƏBƏRLƏR