Bakıda avtobus qəzası: yaralılar var (FOTO)

img

10-03-2014 [10:51]


Bu gün saat 07: 30 radələrində Bakının Qaradağ rayonu ərazisində fəhlələri daşıyan 2 sərnişin avtobusu toqquşub. Baş Dövlət Yol Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, qəza magistral yolda baş verib.

Qəza nəticəsində bir neçə nəfər yaralanıb. Lakin hələlik yaralıların dəqiq sayı və kimliyi məlum deyil. Hələlik qəzaya uğrayan avtobusun içərisindəki hansı şirkətin fəhlələri olduğu da bilinmir.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA