Bakıda 29 yaşlı şəxs 43 yaşlı kişini döyərək ölümünə səbəb olub

img

25-01-2022 [12:04]


Bakıda 29 yaşlı şəxs 43 yaşlı kişini döyərək ölümünə səbəb olub.

Mia.az Sabunçu Rayon Prokurorluğuna istinadla xəbər verir ki, yanvarın 19-u saat 22 radələrində Sabunçu rayonu ərazisində 1979-cu il təvəllüdlü Ramil Atakişiyevin almış olduğu xəsarətlər nəticəsində yanvarın 24-ü xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub:

"Aparılmış araşdırmalarla müəyyən edilmişdir ki, 1993-cü il təvəllüdlü Əbülfərz Məhərrəmovun şəxsi münasibətlər zəminində aralarında baş vermiş mübahisə zamanı Ramil Atakişiyevi döyərək xəsarətlər yetirmiş, nəticədə o, almış olduğu xəsarətlərdən xəstəxanada ölmüşdür.

Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanmışdır.

Əbülfərz Məhərrəmov təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.

Hazırda cinayət işi üzrə zəruri istintaq hərəkətləri davam etdirilir".


Digər xəbərlər
SON XƏBƏRLƏR