Goranboyda ağır  qəza: iki bacı öldü, 5 yaralı var

img

23-01-2022 [14:05]


Goranboy rayonunda ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Hadisə rayonun Qızılhacılı qəsəbə yolunda baş verib.

Məlumata görə, iki avtomobilin toqquşası zamanı 1969-cu il təvəllüdlü Aybəniz Tanrıverdiyeva və onun bacısı, 1964-cü il təvəllüdlü Vəzifə Tanrıverdiyeva ölüb.

Yol qəzasında 1982-ci il təvəllüdlü Əliyev Rəsul Eldar oğlu, 2013-cü il təvəllüdü Əlizadə Cəmilə Rəsul qızı, 1972-ci il təvəllüdlü Əliyeva Dilarə Eldar qızı, 1984-cü il təvəllüdü Orucov İkram İbarahim oğlu və 1990-cı il təvəllüdlü Əliyeva Sənəm Məmməd qızı xəsarət alıb.

Yaralılar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırmalara başlanılıb/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR