Şuşa və Ağdama getmək arzusunda olanların diqqətinə: "Yolumuzqarabaga.az" portalı istifadəyə verilib

img

21-01-2022 [13:41]


Bu gündən Qarabağa təşkil edilən müntəzəm marşrut avtobusları ilə Şuşa və Ağdama səfər edəcək şəxslərin bilet alması üçün yaradılan "Yolumuzqarabaga.az" portalı istifadəyə verilib.

Mia.az xəbər verir ki, portalda vətəndaşlara 3 müxtəlif məkandan çıxış imkanı təqdim edilib.

Belə ki, yanvarın 24-dən etibarən vətəndaşlar bilet alaraq, Bakı, Bərdə və Əhmədbəylidən Şuşa və Ağdama səfər edə biləcəklər.

Eyni anda maksimum 5 sərnişin üçün biletin alınmasına imkan yaradılıb.

Müəyyən edilmiş qaydalara görə, Əhmədbəyli-Şuşa üzrə həftədə 4 dəfə, digər istiqamətlərdə isə həftədə 2 dəfə olacaq.

Bakı-Şuşa-Bakı üzrə biletin qiyməti 10,4 manat, Bakı-Ağdam-Bakı üzrə biletin qiyməti 9,4 manat, Əhmədbəyli-Şuşa-Əhmədbəyli üzrə biletin qiyməti 7, manat, Bərdə-Ağdam-Bərdə üzrə biletin qiyməti 5 manat müəyyən edilib.

Bundan əlavə Füzuli Beynəlxalq Hava Limanı-Şuşa-Füzuli Büzuli Beyəlxalq Hava Limanı üzrə səfərlər də nəzərdə tutulub. Füzuli Beynəlxalq Hava Limanı işləmədiyi üçün hələlik həmin istiqmaətdə reyslər aktiv deyil.

Bu istiqmatdə isə biletin qiyməti 6 manat olacaq.

Qeyd edək ki, müəyyən edilən qiymətlər yalnız bir istiqamətədir. Vətəndaşlar gediş-gəliş biletlərini eyni vaxtda almalıdılar.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR