Moldovada 20 Yanvar faciəsinin 32-ci ildönümü yad edilib - FOTOLAR
20-01-2022 [18:34]
Bu gün Azərbaycanın Moldovadakı Səfirliyində Moldovadakı Azərbaycanlılar Konqresi (MAK) ilə birgə 20 Yanvar faciəsinin 32-ci ildönümünə həsr edilmiş anım mərasimi keçirilib.
Bu barədə Səfirlikdən Mia.az-a bildirilib ki, çərasimə Qanlı Yanvar faciəsinin ildönümünü qeyd etmək və vətənimizin azadlığı naminə canlarından keçmiş şəhidlərimizin xatirəsini yad etmək məqsədilə Moldovada yaşayan çoxsaylı soydaşlarımız, müxtəlif icma nümayəndələri, moldovalılar toplaşıb.
Mərasimdə Azərbaycanın dövlət himni səsləndirilib, Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Səfirliyin önündə faciə qurbanlarının xatirəsinə həsr edilmiş guşə önünə çiçəklər düzülüb.
Eyni zamanda, MAK-ın sədri Elçin Bayramov, faciənin şahidi olmuş azərbaycanlı icmanın üzvləri çıxışlar səsləndirərək bu qanlı tarixin gənc nəsillər tərəfindən anılmasının vacib olduğunu vurğulayıblar.
Natiqlər çıxışlarında Sovet Ordusu hissələrinin iştirakı ilə həyata keçirilmiş hərbi təcavüz nəticəsində yüzlərlə dinc əhalinin amansızlıqla qətlə yetirildiyini, bu qırğının xalqın iradəsini sarsıtmadığını, şəhidlik zirvəsinə ucalmış Vətən övladlarının fədakarlıqlarının xalqımızın tarixinə yeni parlaq səhifə yazdığını, faciəyə bir neçə il sonra yalnız Ümummili lider Heydər Əliyevin təşəbbüsü ilə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verildiyini qeyd ediblər. Çıxışlarda bildirilib ki, Azərbaycan tarix boyu ağır sınaqlardan keçib, 2020-ci ildə növbəti hərbi təcavüzə məruz qalıb, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, ordumuzun gücü və xalqın birliyi sayəsində 30 ilə yaxın davam edən erməni işğalına son qoyulub, torpaqlarımız işğaldan azad edilib, Azərbaycanın ərazi bütövlüyü bərpa olunub. Sonda, 20 yanvarda milli birliyimizin qalib gəldiyi tarixin Zəfər gününə gedən yolun başlanğıcı olduğu vurğulanıb.
Mərasim Moldovanın kütləvi informasiya vasitələri tərəfindən işıqlandırılıb.
Eyni zamanda, Səfirliyin önündə 20 Yanvar faciəsinin 32-ci ildönümü ilə əlaqədar Qanlı Yanvarda törədilmiş görünməmiş qəddarlığı əks etdirən tarixi foto şəkillər sərgilənib.
Moldova mətbuatında rumın və rus dillərində səfir Qüdsi Osmanovun 20 Yanvar faciəsinin 32-ci ildönümünə həsr edilmiş müsahibəsi, habelə faciəyə dair məqalə və yazılar geniş dərc edilib.
Buraxılış imtahanının nəticələri elan olunub
Hal şahidləri ilə bağlı qanuna dəyişiklik olub
Uşaqların peyvəndlənməsi barədə əmr imzalanıb
Nazir generalları topladı, yeni tapşırıqlar verdi - DİN-də kollegiya iclası (FOTOLAR)
Qəzzada daha 9 dinc fələstinli həlak olub
İLHAM ƏLİYEV MOSKVADAN SONRA ALMANİYAYA GEDƏCƏK - Tarix bəlli oldu
Universitetin sözçüsü vəzifədən ayrılıb
Prezident İlham Əliyev Rusiyaya gedir
“AzəriMed” QSC-lə bağlı məhkəmə qalmaqalı yaranıb
Partiya sədri özünə yeni müşavir təyin edib
Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı
Keşlədə saxta məhsullar istehsal edən sexlər aşkarlanıb
TOVUZDA ŞOK OLAY: 34 YAŞLI QADIN YANDIRILDI - 22 yaşlı oğlan tərəfindən (YENİLƏNİB)
G7 ölkələrindən rəsmi Bakı və İrəvana çağırış: "Gücdən istifadə etməmək, suverenliyə hörmət..."
Baş prokurorun Çinə işgüzar səfəri başa çatıb
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə telefonda danışdı - Nələr müzakirə olunub?
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır
Azercell Böhran İdarəetmə Qrupu layihəsini elan edir
Onlar pensiyaya daha tez çıxacaq - Yeni qanun
Dövlət Xidmətinin vəzifəli şəxslərinin maaşı artırılır - BU QƏDƏR
Türkiyədə güclü zəlzələ olub
Naxçıvanda yoxlama: 15 iş üzrə materiallar Baş Prokurorluğa və DTX-yə təqdim olunub
Xocavənddə fermada partlayıcı maddələr aşkarlanıb
Sabahın hava proqnozu açıqlanıb
Kirayədə yaşayan BDU-nun tələbəsi özünü öldürüb (Yenilənib)
Hərbi Dəniz Qüvvələri Xəzər dənizində taktiki təlimdə - VİDEO
Premyer Liqası: növbəti turun təqvim və hakim təyinatları açıqlanıb
DEPUTATLAR TOPLANIB: daha 14 məsələ müzakirə olunacaq - SİYAHI
Misli, Topaz... - Azərbaycan futbolunda nə baş verir?
“Yaxşı verilişlərin aparıcılarının "saxlayanı" var” - Kamran Həsənli kimin bostanına daş atır?
Bakının strateji hədəfi və ya rəsmi Moskvanın qərbi azərbaycanlılarla bağlı mesajı - TƏHLİL
Türkiyə səfirliyinin yeni mətbuat katibi Bakıya gəlib
İran İsrailə cavab zərbəsi endirəcək? - ABŞ-ın İsraildəki səfirliyi vətəndaşlarına xəbərdarlıq edib
Əfqan mədənçi böyrəyə görə yandırılıb?
"Olimpiakos"un baş məşqçisi: "Topu "Fənərbağça"ya verib, onları yorduq" - İsmayıl Kartal isə üzr istəyib
Xankəndidə yenidən silah-sursat aşkarlanıb
Azərbaycan nefti kəskin ucuzlaşıb