Vahid Mustafayevin filmi etirazla qarşılandı, belə cavab gəldi: "Biz niyə Azərbaycan xalqını yazıq kimi təqdim etməliyik?"
20-01-2022 [18:23]
ANS Şirkətlər Qrupunun rəhbəri Vahid Mustafayevin 20 Yanvar faciəsinə həsr olunmuş “Qanlı Yanvar” filmi tənqid olunub.
Filmin yerli televiziya kanallarında və kinoteatrlarda yayımından sonra izləyicilər tərəfindən tənqidi fikirlər səsləndirilib.
Filmin sosial şəbəkə istifadəçiləri tərəfindən əsas tənqid hədəfinə çevrilən səhnəsi isə paytaxt əhalisinin sovet əsgərlərinə hücum etməsi və atəş açması epizodudur. Tənqidçilər meydanlara çıxan Bakı sakinlərinin həmin dövrdə sovet tanklarının qarşısına əliyalın çıxdığını bildiriblər. “Qanlı Yanvar” filmi həqiqəti əks etdirməyən bir ekran əsəri kimi qiymətləndirilib.
Mia.az xəbər verir ki, hətta siyasi ekspert Azər Rəşidoğlu sosual şəbəkədəi hesabında qeyd edilən məqamı "alçaqcasına böhtan" sayıb.
İddialarla bağlı Modern.az-a danışan ANS-in əməkdaşı, filmin redaktoru Sevda Həsənova isə filmin tarixi faktlar əsasında hazırlandığını diqqətə çatdırıb. Sevda Həsənovanın sözlərinə görə, 20 Yanvar hadisələrilə bağlı mənbələrdə 29 nəfər sovet əsgərinin qətlə yetirildiyi qeyd olunub:
“Vahid Mustafayev özü də 20 Yanvar hadisələrinin şahidi olub. Hadisə ilə bağlı mənbələri dəqiq araşdıranlar bilir ki, həmin vaxt 29 nəfər sovet əsgəri öldürülüb. Biz niyə Azərbaycan xalqını yazıq kimi təqdim etməliyik? Xalq qırğın törədilən gecədə hansısa şəkildə öz mübarizəsini aparıb, müqavimətini göstərib, sovet əsgərinə sinə gərib.
Baxın, Azərbaycan xalqını zəif göstərməyə çalışmağın nəticəsidir ki, bu gün ermənilər Şuşanı bizim ordumuzun deyil, türklərin azad etdiyini irəli sürürlər. Onlar deyirlər ki, Türkiyə olmasaydı, Azərbaycan xalqı qalib gələ bilməzdi. Axı belə deyil?! Bizim Qarabağ uğrunda mərd oğullarımız şəhid olub. Bizim əsgərlərimizin şücaəti erməniləri məğlubiyyətə düçar edib. Biz azərbaycanlıların hər bir faciənin, müsibətin qarşısında dura bilən xalq olduğunu unutmayaq!”
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Trampın məhkəməsinin qarşısında bir nəfər özünü yandırıb
Mətbuat katibi: "Dörd kəndin Azərbaycana qaytarılması çoxdan gözlənilən tarixi hadisədir"
Buraxılış imtahanının nəticələri elan olunub
Hal şahidləri ilə bağlı qanuna dəyişiklik olub
Uşaqların peyvəndlənməsi barədə əmr imzalanıb
Nazir generalları topladı, yeni tapşırıqlar verdi - DİN-də kollegiya iclası (FOTOLAR)
Qəzzada daha 9 dinc fələstinli həlak olub
İLHAM ƏLİYEV MOSKVADAN SONRA ALMANİYAYA GEDƏCƏK - Tarix bəlli oldu
Universitetin sözçüsü vəzifədən ayrılıb
Prezident İlham Əliyev Rusiyaya gedir
“AzəriMed” QSC-lə bağlı məhkəmə qalmaqalı yaranıb
Partiya sədri özünə yeni müşavir təyin edib
Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı
Keşlədə saxta məhsullar istehsal edən sexlər aşkarlanıb
TOVUZDA ŞOK OLAY: 34 YAŞLI QADIN YANDIRILDI - 22 yaşlı oğlan tərəfindən (YENİLƏNİB)
G7 ölkələrindən rəsmi Bakı və İrəvana çağırış: "Gücdən istifadə etməmək, suverenliyə hörmət..."
Baş prokurorun Çinə işgüzar səfəri başa çatıb
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə telefonda danışdı - Nələr müzakirə olunub?
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır
Azercell Böhran İdarəetmə Qrupu layihəsini elan edir
Onlar pensiyaya daha tez çıxacaq - Yeni qanun
Dövlət Xidmətinin vəzifəli şəxslərinin maaşı artırılır - BU QƏDƏR
Türkiyədə güclü zəlzələ olub
Naxçıvanda yoxlama: 15 iş üzrə materiallar Baş Prokurorluğa və DTX-yə təqdim olunub
Xocavənddə fermada partlayıcı maddələr aşkarlanıb
Sabahın hava proqnozu açıqlanıb
Kirayədə yaşayan BDU-nun tələbəsi özünü öldürüb (Yenilənib)
Hərbi Dəniz Qüvvələri Xəzər dənizində taktiki təlimdə - VİDEO
Premyer Liqası: növbəti turun təqvim və hakim təyinatları açıqlanıb
DEPUTATLAR TOPLANIB: daha 14 məsələ müzakirə olunacaq - SİYAHI
Misli, Topaz... - Azərbaycan futbolunda nə baş verir?
“Yaxşı verilişlərin aparıcılarının "saxlayanı" var” - Kamran Həsənli kimin bostanına daş atır?
Bakının strateji hədəfi və ya rəsmi Moskvanın qərbi azərbaycanlılarla bağlı mesajı - TƏHLİL
Türkiyə səfirliyinin yeni mətbuat katibi Bakıya gəlib
İran İsrailə cavab zərbəsi endirəcək? - ABŞ-ın İsraildəki səfirliyi vətəndaşlarına xəbərdarlıq edib
Əfqan mədənçi böyrəyə görə yandırılıb?
"Olimpiakos"un baş məşqçisi: "Topu "Fənərbağça"ya verib, onları yorduq" - İsmayıl Kartal isə üzr istəyib
Xankəndidə yenidən silah-sursat aşkarlanıb