Şirvanda 20 Yanvar faciəsinin 32-ci ildönümü qeyd edilib - FOTOLAR
20-01-2022 [15:59]
20 Yanvar-Ümumxalq Hüzn Günü hər il ölkəmizdə dövlət səviyyəsində geniş qeyd edilir.
Mia.az xəbər verir ki, 20 Yanvar faciəsinin 32-ci ildönümü münasibətilə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, Şura üzvləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri öncə Ümummilli lider Heydər Əliyevin şəhərin mərkəzi meydanında ucalan abidəsini ziyarət etdilər. Abidə önünə gül-çiçək dəstələri qoyaraq Ulu öndərin əziz xatirəsinə dərin ehtiramlarını ifadə etdilər.
Sonra Vətənimizin azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən Şirvan şəhidlərinin uyuduğu Şəhidlər Xiyabanı ziyarət olundu. Şəhər rəhbərliyi və ictimaiyyət nümayəndələri Birinci Qarabağ müharibəsində itkin düşənlərin xatirəsinə ucaldılan abidənin, “Əbədi məşəl” abidəsinin və şəhid məzarlarının önünə tər qərənfillər düzərək ruhlarına dualar oxudular.
Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov bütün şəhid analarına ehtiram əlaməti olaraq ucaldılan “Şəhid anası” memorial abidə kompleksinin önünə əklil qoydu.
Şirvan Şəhər İcra Hakimiyyətinin başçısının, Şura üzvlərinin, hüquq-mühafizə orqanları rəhbərlərinin, ictimaiyyət nümayəndələrinin, şəhid ailələrinin və qazilərin iştirakı ilə “Şəhid anası” memorial abidə kompleksinin önündə 20 Yanvar-Ümumxalq Hüzn Gününə həsr olunmuş ümumşəhər tədbiri keçirildi. Öncə Vətənimizin müstəqilliyi, müdafiəsi, ərazi bütövlüyü uğrunda canından keçən bütün şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov çıxış edərək tarixin yaddaşına xalqımızın ən faciəli günlərindən biri, eyni zamanda qəhrəmanlıq səhifəsi kimi yazılan Qanlı 20 Yanvar faciəsindən 32 il keçməsinə baxmayaraq ağır nəticələrinin unudulmadığını, Vətənin azadlığı və suverenliyi uğrunda canından keçənlərin hər il dərin ehtiramla yad edildiyini bildirdi. 1990-cı ilin yanvar hadisələrindən geniş bəhs edərək Ulu öndər Heydər Əliyevin faciədən dərhal sonra Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək doğma xalqı ilə həmrəy olduğunu nümayiş etdirməsinin həmin ağır günlərdə Azərbaycan xalqında necə böyük inam və ruh yüksəkliyi yaratdığını vurğuladı. Qeyd etdi ki, 20 Yanvar faciəsi ümumxalq hüznü olmaqla yanaşı, həm də Azərbaycan xalqının iradəsinin sarsılmazlığını, mətinliyini göstərdi. Bildirdi ki, məhz bu faciədən sonra milli azadlıq hərəkatı tam siyasi reallığa çevrildi, dönməz xarakter aldı, xalq öz gələcəyini müstəqil Azərbaycanda gördü. Yalnız Ümummilli Lider Heydər Əliyevin respublika rəhbərliyinə qayıdışı ilə faciəyə hüquqi-siyasi qiymət verildiyini vurğuladı. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin “Dəmir yumruğu” ətrafında birləşən Şanlı Azərbaycan Ordusunun 2020-ci ilin sentyabrın 27-dən torpaqlarımızın işğaldan azad edilməsi uğrunda başladığı Vətən müharibəsi ilə şəhidlərimizin qisasının alındığını, dünyanın Azərbaycanın ədalətli haqq savaşının və şanlı qələbəsinin şahidi olduğunu diqqətə çatdırdı. Ölkəmizdə şəhidlərin xatirəsinin əbədiləşdirilməsi, onların ailələrinin sosial müdafəisinin gücləndirilməsi sahəsində xüsusi qanunvericilik bazasının yaradılması, bu sahədə dövlət siyasətinin davamı olaraq, Şirvan Şəhər İcra Hakimiyyətinin də şəhidlərə və onların ailələrinə xüsusi diqqət və qayğı nümayiş etdirməsi barədə məlumat verdi. Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov Azərbaycanın azadlığı, suverenliyi, bütövlüyü uğrunda canlarını fəda edən şəhidlərin əziz xatirəsinin qədirbilən xalqımızın qəlbində əbədi yaşayacağını bidirdi.
Tədbirdə çıxış edən millət vəkili İltizam Yusifov torpaqlarımızın bütövlüyü və Vətənimizin azadlığı uğrunda canından keçən bütün şəhidlərimizə Allahdan rəhmət və ailələrinə səbir dilədi. Xalqımızın mərd, cəsarətli, qəhrəman övladları var olduqca düşmənin öz məqsədinə nail olmayacağını, dövlət başçısı cənab İlham Əliyevin rəhbərli ilə ölkəmizin daha da inkişaf edəcəyini və dünyanın ən güclü dövlətlərin birinə çevriləcəyini qeyd etdi.
Saat 12:00-da ölkəmizin hər yerində olduğu kimi Şirvan şəhərində də 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edildi, sonra avtomobillərdən səs siqnalları verildi.
Tədbirdən sonra Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov və hüquq-mühafizə orqanlarının rəhbərləri Birinci Qarabağ müharibəsində şəhid olan Milli Qəhrəmanlar Nofəl Quliyevin, Tahir Bağırovun, Rəfael Həbibovun büstlərini ziyarət edərək, gül dəstələri düzdülər və xatirələrini ehtiramla yad etdilər. Büstlərin önündə Milli Qəhrəmanların ailə üzvləri, təhsil aldıqları məktəblərin müəllimləri onların həyat və fəaliyyətləri, göstərdikləri şücaətlər barədə məlumat verdilər.
Sonra şəhərin el qəbiristanlığında uyuyan şəhidlərin məzarları ziyarət edildi, ruhlarına dualar oxundu.
Daha sonra Sovet İttifaqı Qəhrəmanı Şirin Şükürovun məzarı və məzarüstü abidəsi ziyarət edilərək önünə gül dəstələri qoyuldu.
Allah bütün şəhidlərimizə rəhmət eləsi
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Trampın məhkəməsinin qarşısında bir nəfər özünü yandırıb
Mətbuat katibi: "Dörd kəndin Azərbaycana qaytarılması çoxdan gözlənilən tarixi hadisədir"
Buraxılış imtahanının nəticələri elan olunub
Hal şahidləri ilə bağlı qanuna dəyişiklik olub
Uşaqların peyvəndlənməsi barədə əmr imzalanıb
Nazir generalları topladı, yeni tapşırıqlar verdi - DİN-də kollegiya iclası (FOTOLAR)
Qəzzada daha 9 dinc fələstinli həlak olub
İLHAM ƏLİYEV MOSKVADAN SONRA ALMANİYAYA GEDƏCƏK - Tarix bəlli oldu
Universitetin sözçüsü vəzifədən ayrılıb
Prezident İlham Əliyev Rusiyaya gedir
“AzəriMed” QSC-lə bağlı məhkəmə qalmaqalı yaranıb
Partiya sədri özünə yeni müşavir təyin edib
Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı
Keşlədə saxta məhsullar istehsal edən sexlər aşkarlanıb
TOVUZDA ŞOK OLAY: 34 YAŞLI QADIN YANDIRILDI - 22 yaşlı oğlan tərəfindən (YENİLƏNİB)
G7 ölkələrindən rəsmi Bakı və İrəvana çağırış: "Gücdən istifadə etməmək, suverenliyə hörmət..."
Baş prokurorun Çinə işgüzar səfəri başa çatıb
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə telefonda danışdı - Nələr müzakirə olunub?
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır
Azercell Böhran İdarəetmə Qrupu layihəsini elan edir
Onlar pensiyaya daha tez çıxacaq - Yeni qanun
Dövlət Xidmətinin vəzifəli şəxslərinin maaşı artırılır - BU QƏDƏR
Türkiyədə güclü zəlzələ olub
Naxçıvanda yoxlama: 15 iş üzrə materiallar Baş Prokurorluğa və DTX-yə təqdim olunub
Xocavənddə fermada partlayıcı maddələr aşkarlanıb
Sabahın hava proqnozu açıqlanıb
Kirayədə yaşayan BDU-nun tələbəsi özünü öldürüb (Yenilənib)
Hərbi Dəniz Qüvvələri Xəzər dənizində taktiki təlimdə - VİDEO
Premyer Liqası: növbəti turun təqvim və hakim təyinatları açıqlanıb
DEPUTATLAR TOPLANIB: daha 14 məsələ müzakirə olunacaq - SİYAHI
Misli, Topaz... - Azərbaycan futbolunda nə baş verir?
“Yaxşı verilişlərin aparıcılarının "saxlayanı" var” - Kamran Həsənli kimin bostanına daş atır?
Bakının strateji hədəfi və ya rəsmi Moskvanın qərbi azərbaycanlılarla bağlı mesajı - TƏHLİL
Türkiyə səfirliyinin yeni mətbuat katibi Bakıya gəlib
İran İsrailə cavab zərbəsi endirəcək? - ABŞ-ın İsraildəki səfirliyi vətəndaşlarına xəbərdarlıq edib
Əfqan mədənçi böyrəyə görə yandırılıb?
"Olimpiakos"un baş məşqçisi: "Topu "Fənərbağça"ya verib, onları yorduq" - İsmayıl Kartal isə üzr istəyib
Xankəndidə yenidən silah-sursat aşkarlanıb