"Neftçi" ilə "Visla" arasında yoxlama oyununda insident yaşanıb

img

19-01-2022 [17:57]


"Neftçi" və Polşanın "Visla" (Plotsk) komandaları aralarında Türkiyənin Antalya şəhərində keçirilən yoxlama oyununda insident yaşanıb.

Məlumata görə, 77-ci dəqiqədə Polşa təmsilçisinin futbolçusu Eddi İsrafilova qarşı kobudluq edib.

İsrafilov və komanda yoldaşları bu hərəkətə sərt reaksiya veriblər. Mübahisə zamanı texniki zonada əyləşənlər də olaya müdaxilə edib. Hakim hər iki oyunçuya sarı vərəqə göstərdikdən sonra matç davam edib.

Onu da qeyd edib ki, qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR