Abşeronda sensasiyalı qətl: qadını qətlə yetirərək yol kənarına atanlardan biri tutuldu - VİDEO
19-01-2022 [16:25]
Abşeron rayonunda 9 gün əvvəl qadını qətlə yetirərək yol kənarına atan şəxslərdən biri saxlanılıb.
Mia.az Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinə istinadla xəbər verir ki, yanvarın 10-da Abşeron rayonu Fatmayı kəndi ərazisində əsas yoldan kənarda üzərində zorakılıq əlamətləri olan 30-35 yaşlarında naməlum qadın meyiti tapılıb.
Məlumat daxil olan kimi dərhal polis və prokurorluq orqanlarının əmədaşları tərəfindən əraziyə baxış keçirilib. Qısa zamanda qətlə yetirilən şəxsin Cəlilabad rayon sakini Yenigül Rəhimova olduğu müəyyən edilib.
Abşeron Rayon Prokurorluğu, Abşeron Rayon Polis İdarəsi və Mehdiabad Polis Bölməsi əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış və əməliyyat-istintaq tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Abşeron rayon sakini Seymur Məmmədov saxlanılıb, həmin hadisədə iştirak edən daha bir nəfərin şəxsiyyəti isə müəyyən edilib. Hazırda onun da saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Araşdırma zamanı müəyyən edilib ki, hadisə günü Seymur Məmmədov və tanışı paytaxtın Nizami rayonundakı kafelərdən birində işləyən tanışları Yenigül Rəhimova ilə görüşüblər. Onlar şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı avtomobildə qadını qətlə yetiriblər. Daha sonra həmin şəxslər izi itirmək məqsədi ilə meyiti Seymur Məmmədovun yaşadığı Fatmayı kəndinin yaxınlığına gətirərək orada atıblar.
Qeyd edək ki, Seymur Məmmədov və hadisədə iştirak edən digər şəxs əvvəllər dəfələrlə məhkum ediliblər. Onlar bir yerdə cəzaçəkmə müəssisəsində olan zaman tanış olublar.
Faktla bağlı Abşeron Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, zərurui istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Zelenski Qərb liderlərinə "incik mesaj" verdi: "İsrailin səmasını qoruduğunuz kimi..."
Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyəti dayandırılır - Türkiyə MN açıqladı
Azercell “GSMA M360 EURASIA” tədbirinə ev sahibliyi edəcək
Azərbaycan futbolu və ya mərc oyunlarında fırıldaq şübhəsi
Müəllimlərin sertifikatlaşdırılması başlayır
Fuad Quluzadənin cinayət işi məhkəməyə göndərilib
Sabahın hava proqnozu açıqlandı
Politoloq: "Azərbaycanın KTMT-yə üzvlüyü mümkün deyil" - "Bu, Paşinyanın əlini gücləndirəcək"
İstanbulda əməliyyat: daha bir terrorçu tutulub
Bu rayonların şagirdləri imtahan verəcək - DİM-dən xəbərdarlıq
Tanınmış aparıcı bahalı avtomobilini satışa çıxarıb - VİDEO
Qəbula keçid balları qaldırılır? - VİDEO
Rəqsanənin əmlaklarına niyə həbs qoyulub?
Mikayıl Cabbarova daha bir müavin təyin olunub - O, kimdir? (FOTO)
İsrail Qəzzaya bomba yağdırır: daha 17 nəfər həlak olub
Azərbaycan nefti ucuzlaşıb
Bakıda iməcilik və ağacəkmə aksiyası keçiriləcək
"...yardımımızı davam etdirməyə hazırıq" - ABŞ-dan rus sülhməramlılarının Qarabağı tərk etməsinə reaksiya
Bələdiyyədə hər yerə gizli kameralar yerləşdirilib: "Hər yerdə "böcək" və gizli kameralar var..."
Xankəndidə yenə silah-sursat aşkarlanıb
Müğənni pensiya azlığından şikayətləndi: "O pula qalsa, işləmək məcburiyyətindəyəm"
Ərdoğanın "qapı açıqdır" mesajına CHP lideri Strasburqda cavab verdi: "Yaxın günlərdə üzbəüz görüşəcəyik"
TƏBİB rəhbəri Arzu Bəndəliyevanı baş həkim təyin edib
Türkiyə parlamentində deputatların sayı azalıb - Səbəb
Ağdamda minaatan qurğular tapılıb
Çempionlar Liqasında nəhəng komanda və məşqçilərin döyüşü: "Real Madrid" penaltilərlə rəqibini "yedi"
Çempionlar Liqası: "Bavariya" ingilis klubunu əliboş yola saldı
İsrail ordusu Livanın cənubunu fasiləsiz bombalayır - Dağıntılar var
XİN-dən xəbərdarlıq: "Livana getməyin!"
Türkiyə ordusu İraqa girir, 30 km-lik neytral zolaq çəkiləcək: "Hədəfdə iki bölgə var"
Başlıbel qətliamından 31 il ötür
Körfəz ölkələrində sel: 18 nəfər ölüb - 10-u tələbədir
Yaponiyada ard-arda zəlzələ olub
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Türkiyə Pakistana başsağlığı verib - 63 nəfərin ölümü ilə bağlı
Qərb ölkələrinin səfirləri Gürcüstan Prezidenti ilə görüşüb - FOTO
Azərbaycanla daha bir ölkə arasında viza tələbi qaldırılır
Prezident İlham Əliyev Şuşa ilə bağlı sərəncam imzalayıb
Çingiz Abdullayev sağalıb - FOTOLAR