Tərtərdə məktəbli qız qaçırılıb

img

19-01-2022 [15:59]


Ailə, Qadın və Uşaq Poblemləri üzrə Dövlət Komitəsi Tərtər rayonunda məktəbli qızın qaçırılması ilə bağlı məlumatlara münasibət bildirib.

Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu bildirib ki, rayonun Evoğlu kənd sakini 2005-ci il təvəllüdlü Ləman Əhmədovanın Ağdam rayon sakini Seymur Məmmədov tərəfindən qaçırılması ilə bağlı yanvarın 19-da quruma məlumat daxil olub.

Onun sözlərinə görə, Dövlət Komitəsi dərhal faktın araşdırılmasına başlayıb.

O bildirib ki, bununla bağlı Dövlət Komitəsi tərəfindən Tərtər və Ağdam rayon icra hakimiyyətlərində fəaliyyət göstərən "Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiya"ya məktubla müraciət edilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR