Güclü külək əsəcək, qar yağacaq, yollar buz bağlayacaq - Xəbərdarlıq

img

19-01-2022 [15:50]


Bakıda və Abşeron yarımadasında yanvarın 20-də arabir yağıntılı olacağı, sulu qar, bəzi yerlərdə qar yağacağı gözlənilir.

Mia.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq yayıb.

Məlumata görə, şimal-qərb küləyi 15-20 m/s, arabir 25-30 m/s-dək güclənəcək. Havanın temperaturu günün birinci yarısında 3°-dək isti, axşam 0°-yə yaxın olacaq.

Azərbaycanın rayonlarında yanvarın 19-u axşam şimal və qərb rayonlarında, yanvarın 20-dən 21-dək isə əksər rayonlarda hava şəraitinin yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv və güclü olacağı ehtimalı var.

Qərb küləyi arabir 15-20 m/s, yanvarın 19-da gündüz, 20-də ayrı-ayrı yerlərdə arabir 25-30 m/s-dək güclənəcək. Gözlənilən şaxtalı hava şəraiti ilə əlaqədar rayonlarda yolların buz bağlayacağı ehtimalı var.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA