AXCP fəalı həbsdən buraxılıb

img

19-01-2022 [14:23]


AXCP fəalı Əlizamin Salayev həbsdən buraxılıb.

Mia.az xatırladır ki, o, 20 aprel 2020-ci ildə Salyan Rayon Məhkəməsi tərəfindən mühakimə olunub və 2 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.

AXCP fəalı yerli polis şöbəsinin zabitinin şikayəti əsasında “böhtan” və “təhqir”də ittiham olunub.

İddiaya Salayevin internetdə yaydığı videogörüntü səbəb olub. Videogörüntüdə o, polislə söhbətində onu 21 yaşlı yerli sakini birgə yaşamağa təhrik etməkdə günahlandırıb.

Salayev hüquq müdafiəçiləri tərəfindən siyasi məhbus kimi tanınıb. O, həmçinin, qanunsuz həbs edildiyini iddia edərək, həbsxanada aclıq aksiyası da keçirib.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR