“Səba” ASC-nin işçisi qəza törətdi, 2 nəfər öldü, yaralı var

img

19-01-2022 [13:25]


Daxili İşlər Nazirliyi (DİN) Bakının Binəqədi rayonu ərazisində baş verən ağır yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb.

DİN-in Mətbuat Xidmətindən yayılan məlumatda deyilir:

"Yanvarın 18-də saat 7 radələrində Binəqədi rayonu ərazisində Bakı şəhər sakinləri - Firudin Əsədovun idarə etdiyi “Hyundai” və Elşən Eyvazovun idarə etdiyi “VAZ-2109” markalı avtomobillər toqquşub. Nəticədə E.Eyvazov və sərnişinləri - Xanəhməd Əlibəyov və Zaur Həsənov hadisə yerində ölüb, xəstəxanaya yerləşdirilən digər bir sərnişinin vəziyyəti qənaətbəxşdir.

Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.

Qeyd edək ki, F.Əsədovun idarə etdiyi avtomobil “Səba” ASC-yə məxsus olub.


Digər xəbərlər
SON XƏBƏRLƏR