Rüşvətə görə həbs edilən nazirliyin keçmiş işçiləri hökmdən şikayət veriblər

img

18-01-2022 [18:26]


Rüşvətə görə həbs edilən Anar Poladov, Afiq İbayev və Səbuhi Rzayevin barələrində olan hökmdən verilən apellyasiya şikayəti verilib.

Məlumata görə, Sumqayıt Apellyasiya Məhkəməsində keçiriləcək hazırlıq iclası yanvarın 21-nə təyin edilib.

Cinayət işi hakim Ruhiyyə Əsgərovanın icraatına verilib.

Qeyd edək ki, təqsirləndirilən şəxslər Baş Prokurorluq və İqtisadiyyat Nazirliyi birgə yaydığı məlumata əsasən, İqtisadiyyat Nazirliyinin aidiyyəti qurumu ilə birgə keçirilən əməliyyat tədbiri nəticəsində saxlanılıblar.

Onlara Cinayət Məcəlləsinin 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət alma) maddəsi ilə ittiham verilib və barələrində məhkəmənin müvafiq qərarları ilə həbs qətimkan tədbiri seçilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, A.Poladovla S.Rzayev hər biri 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri seçilmiş Afiq Babayevə isə 8 il müddətinə azadlıqdan məhrumetmə cəzası verilib və o, məhkəmə zalında həbs olunub. Hökmdən narazı qalan məhkumlar apellyasiya şikayət veriblər/Report


Digər xəbərlər
SON XƏBƏRLƏR