VİLAYƏT EYVAZOV DAHA BİR GENERALI TƏQAÜDƏ GÖNDƏRDİ - DİN-də daha bir dəyişiklik

img

17-01-2022 [17:25]


Daxili İşlər Nazirliyinin daha bir generalı təqaüdə göndərilib.

Mia.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun əmri ilə DİN Katibliyinin rəisi polis general-mayoru Səfər Əliyev daxili işlər orqanlarında xidmət keçmənin son yaş həddi ilə əlaqədar olaraq təqaüdə göndərilib.

Qeyd edək ki, S.Əliyev bu vəzifədə 2016-cı ildən çalışırdı.

Xatırladaq ki, ilk xəbəri oxu.az saytı yayıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR