“Putin heç nə etməyə-etməyə necə qalib gəlir?” - “Bloomberg"dən təhlil
17-01-2022 [12:59]
Bugünlərdə Cenevrə, Brüssel və Vyana şəhərlərində Rusiya ilə Qərb ölkələri arasında Ukraynadakı vəziyyətlə əlaqədar danışıqlar aparılıb. İlk təmas yanvarın 9-10-da Cenevrədə ABŞ və Rusiya xarici işlər nazirlərinin müavinləri səviyyəsində baş tutub.
Yanvarın 11-də Brüsseldə iki il yarımdan sonra ilk dəfə NATO-Rusiya Şurasının iclası keçirilib. Yanvarın 13-də müzakirələr Vyanada ATƏT çərçivəsində davam etdirilib. Amma tərəflər danışıqlarda hansısa irəliləyişə nail olmayıblar.
ABŞ-ın “Bloomberg” agentliyində bu mövzuda “Putin heç nə etməyə-etməyə necə qalib gəlir?” başlıqlı məqalə dərc olunub. Məqalənin müəllifi agentliyin əməkdaşı Entoni Halpindir.
O, məqaləsində Rusiya ilə Qərb arasındakı danışıqların nəticəsiz başa çatmasının, qeyri-müəyyən vəziyyətin davam etməsinin kimə daha çox sərfəli olduğunu aydınlaşdırmağa çalışıb.
Mia.az Novator-a istinadla məqaləni ingiliscədən çevirərək təqdim edir:
"Bu ay Cenevrə, Brüssel və Vyana şəhərlərində aparılan danışıqlarda ABŞ və Avropa diqqətə çatdırıb Rusiya prezidenti Vladimir Putinin seçim imkanı var: Qərbdən təhlükəsizlik zəmanətləri uman, NATO-nun şərqə doğru genişlənməməsini, Ukraynanın bloka qoşulmamasını və keçmiş sovet respublikaları ərazisində hərbi bazaların yaradılmamasını istəyən Rusiya bu tələblərində yalnız o vaxt nəyəsə nail ola bilər ki, Ukrayna ətrafında gərginliyi azaltsın. Ancaq Putinin də belə düşünüb-düşünmədiyi hələ sual altındadır.
İlk baxışdan Putin qərarsız kimi görünür və bu, hələlik ona dividend gətirir. Ukrayna sərhədinə yüz minlik qoşun yığmış Putin bir həftə davam edən danışıqlardan sonra da ABŞ-ı və Avropanı onun niyyətinin nə olduğu üzərində baş sındırmağa məcbur edir.
Əslində Putinin gərginliyi azaltması üçün əsasları az deyil. Rusiya prezidenti bu ay keçirilən danışıqlarda ABŞ və NATO-nu orta mənzilli raketlərin yerləşdirilməsi məsələsində ona əməkdaşlıq təklif etmək məcburiyyətində qoyub. Halbuki Putin əvvəllər bu məsələdə rədd cavabı alırdı.
Danışıqlarda rusiyalı diplomatlar dönə-dönə vurğulayıblar ki, Moskva NATO qarşısında irəli sürdüyü əsas tələblərdə güzəştə getməyəcək. Həmin tələblər isə Ukraynanın və digər keçmiş sovet respublikalarının NATO-ya qoşulmaq hüququndan məhrum edilməsindən, NATO qüvvələrinin 1997-ci ildəki mövqelərə çəkilməsindən ibarətdir.
Düzdür, alyans bu tələbləri rədd edib. Amma o biri yandan da NATO-Rusiya Şurasının iclasında Rusiyanın nümayəndəsi bildirib ki, Moskva ABŞ-dan və Amerikanın müttəfiqlərindən yazılı təkliflər gözləyir və yalnız o təklifləri alandan sonra Putin danışıqları davam etdirib-etdirməyəcəyi barədə qərar verəcək.
Yəni bugünədək bir tankını da geri çəkməyən Putin hələ indən belə də oturub baxacaq görsün Qərb ona daha nələr təklif etməyə hazırdır, sonra qərara gələcək ki, bir addım atsın, ya yox.
Beləcə, vaxt uzanır, vaxtın uzanması isə Ukraynanın işğal olunacağı təqdirdə ABŞ-ın Rusiyaya tətbiq edəcəyi sanksiyalar sarıdan narahatlıq keçirən Avropa dövlətlərində gərginliyi artırır. Çünki Avropa həmin sanksiyalardan ziyan çəkəcəyini düşünür.
İşdir-şayəd, Putin gərginliyi aradan qaldıracaq heç nə etməsə, onda axırda yəqin ki, məhz Vaşinqtonla Brüssel – Moskva yox! – bu böhranlı vəziyyətdə nəsə bir addım atmağa qərar vermək məcburiyyətində qalacaq.
Mia.az
Sabiq icra başçısı yenidən hakim qarşısında - İki şirkətin üzərindən həbs götürüldü
Konqoda "meymun çiçəyi" virusu yayılıb - Xəbərdarlıq
Türkiyədə daha bir terrorçu tutulub
Qəzzada savaşın 201-ci günü: daha 79 dinc sakin həılak olub
Tanınmış vəkil partiya sədri olmaq istəyir
İlham Əliyevlə Qırğızıstan prezidenti görüşdü, sənədlər imzalandı - Bakıda + FOTOLAR (Yenilənib)
MƏŞHUR PROFESSOR ÖZÜNÜ GÜLLƏLƏYƏRƏK ÖLDÜRÜB - Rəsmi açıqlama yayıdı
İsrail ordusu Livanın cənubunu bombalayıb
Şimali Koreya İrana böyük heyət göndərib
Prezident qırğızıstanlı həmkarını COP29-a dəvət edib
İordan çayının qərb sahilində həbslər davam edir
Xəzər dənizində birgə təlimlər başlayıb
PREZİDENT GENERALLA BAĞLI SƏRƏNCAM İMZALADI
YAP-çı deputat Rəsul Quliyevin elə müdafiəsinə qalxdı ki... - Eks-spiker "altdan işləyir?"
Bu ölkə Fələstini rəsmən dövlət kimi tanıdı
Eldar Əzizov Müsavata "hə" dedi - Partiya qurultaya hazırlaşır
Aysun İsmayılova: “Çox şıltaq və pozitiv insanam, amma..."
Rasim Balayev: "Məni aşağıladılar, ailəmə yaxın adam..." - MÜSAHİBƏ
Sabah hava necə olacaq? - Proqnoz
İzmirdə PKK/KCK əməliyyatı: 6 nəfər saxlanılıb
Xankəndidə yenə silah-sursat tapılıb
AMEA-da yeni şöbələr yaradılıb - Təyinatlar olub
İstanbulda FETÖ əməliyyatı: daha 13 nəfər tutulub
Ticarətçı: "Deputat olmaq istəmirəm"
Pentaqon: "İsrail Rəfaha hücuma tərəddüt edir"
ABŞ-da TikTok qadağan olunur - Senat layihəni təsdiqlədi
Əli Əsədov Şura üzvlərini topladı: yeni tapşırıqlar verilib - FOTO
Azərbaycan nefti bir dollar bahalaşıb
Məşhur aktyor "Arka Sokaklar”a dönür
Türkiyə kuboku: "Beşiktaş" yenə qazana bilməyib
5 MİN MANATADƏK QEYSƏRİYYƏ ƏMƏLİYYATLARI: bazar, yoxsa...? - Hansı həkim neçəyə edir? (SİYAHI)
"Aston Villa" məşhur məşqçi ilə müqaviləni uzadıb
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Türkiyədə 43 əfqan saxlanılıb
Rusiya müdafiə nazirinin müavini saxlanılıb
Millimiz Belarusa uduzub
Arda Gülər "Real Sosyedad"lə oyuna əsas heyətdə meydana çıxacaq
“Biz kənardan gələn ciddi təhdidlər və problemlərlə üzləşmişdik" - İlham Əliyev quru sərhədlərin bağlanmasından danışdı
Xankəndidə silah-sursat aşkarlanıb