Nazir deputatın oğlunu cəzalandırıb? - DİN-dən yayılan xəbərə reaksiya (YENİLƏNİB)

img

17-01-2022 [13:37]


Deputat Aqil Abbasın polis rəisi olan oğlu Tuncay Abbasov töhmət alıb.

Mia.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinin rəisi, polis polkovnik-leytenantı Tuncay Abbasova işdə yol verdiyi nöqsanlara görə töhmət verilib.

Onun Binəqədi RPİ-nin rəisi Musa Musayevin tapşırıqlarını vaxtında icra etmədiyi bildirilir.

Qeyd edək ki, Tuncay Abbasov bundan öncə Suraxanı RPİ 33-cü Polis Bölməsinin rəisi olub. Ötən ilin aprel ayında 7-ci PB-yə təyinat alıb.

Onu da qeyd edək ki, Musa Musayev polis sistemində nüfuzlu rəislərdən biri kmi tanınır. 

***

Bu gün yerli mətbuatda deputat Aqil Abbasın polis rəisi olan oğlu Tuncay Abbasova töhmət verilməsi ilə bağlı xəbər yayılıb.

Mia.az xəbər verir ki, bununla bağlı DİN Mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev "Facebook"da yazdığı statusda məlumatın yanlış olduğunu bildirib:

"Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinin rəisi, polis polkovnik-leytenantı Tuncay Abbasova işində yol verdiyi nöqsanlara görə töhmət alması ilə bağlı yayılan iddialar əsassızdır. Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun bu xüsusda hansısa əmri olmayıb".


Digər xəbərlər
SON XƏBƏRLƏR