Azərbaycan Ordusunun halak olan hərbçisi Şəhidlər xiyabanında dəfn olundu - FOTO (Yenilənib)

img

17-01-2022 [12:36]


Azərbaycan Ordusunun hərbi qulluqçusu həlak olub.

Mia.az Müdafiə Nazirliyinə istinadla xəbər verir ki, Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Məmmədli Cavidan Abduləziz oğlunun silahla davranış qaydalarının kobud şəkildə pozulması nəticəsində həlak olub.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

***

Azərbaycan Ordusunun ötən gün həlak olan müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Cavidan Məmmədli Şəki rayonunda dəfn edilib.

Mia.az xəbər verir ki, hərbçi nəşi Şəki şəhər Şəhidlər xiyabanında torpağa tapşırılıb.

Mərasimdə Şəki Şəhər İcra Hakimiyyətinin nümayəndələri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Şəki şəhər şöbəsinin əməkdaşları, C.Məmmədlinin xidmət etdiyi hərbi hissəsinin zabit və əsgər heyəti və rayon ictimaiyyət nümayəndələri iştirak ediblər.

Məlumata görə, C.Məmmədli altı ay idi ki, hərbi xidmətə yollanmışdı. O, ailədə iki bacının yeganə qardaşı olub.

Allah rəhmət eləsin!

img

Digər xəbərlər
SON XƏBƏRLƏR