Putinin sözçüsü Ukraynaya hücumdan və Qərblə danışıqlardan söz açdı: "Rusiya ilə ABŞ və NATO tamam başqa yollardadır, bu, narahatlıq doğurur"

img

16-01-2022 [11:53]


“Bir tərəfdən Rusiya, digər tərəfdən isə ABŞ və NATO tamam başqa yollardadır və bu, narahatlıq doğurur”.

Bunu “CNN”ə müsahibəsində Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov deyib.

“Aramızda müəyyən anlaşma mövcuddur. Amma ümumilikdə, indi deyə bilərik ki, biz fərqli istiqamətlərdəyik, tamam başqa yollardayıq. Bu, yaxşı deyil və narahatlıq doğurur”, - deyə Peskov bildirib.

D. Peskov eyni zamanda Rusiyanın Ukraynanın NATO-ya üzv olmayacağına dair hüquqi qüvvəyə malik zəmanətlər alması zərurətini bir daha vurğulayıb, çünki əks halda Kiyevin alyansa qoşulmaq üçün hüquqi imkanları olacaq: “Ukrayna ilə sərhəddə gərginlik həddindən artıq yüksəkdir, ona görə də Rusiya təhlükəsizlik zəmanəti ilə bağlı təkliflərinə birbaşa cavab almaqda israrlıdır”.

Onun sözlərinə görə, rəsmi Moskva konkret təkliflərinə çox konkret cavab istəyir: “Sərhəddə, Avropanın bu hissəsində həddindən artıq çox yüksək gərginlik var. Belə bir vəziyyət qitəmiz üçün son dərəcə təhlükəlidir”.

Peskov həmçinin qeyd edib ki, ABŞ Rusiyanın guya Ukrayna ətrafında eskalasiya planlaşdırdığına dair iddialarına dair heç bir sübut təqdim etməyib: “Biz hələ də sübut gözləyirik”.

“CNN” aparıcısı Rusiyanın Ukraynaya hərbi eskalasiya və ya hücum planlaşdırdığına dair xəbərlərin olduğunu bildirib və D. Peskova bununla bağlı sual ünvanlayıb:

“Görürsən ki, bu baş vermir. Bu, birinci.

İkincisi, dünən axşam biz cənab Sallivanın bəyanatını eşitdik (ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan - Red). Və o, söz verdi ki, səhv etmirəmsə, 24 saat ərzində bu ittihamların sübutlarını dərc edəcək. Biz. hələ də bu sübutu gözləyirik. Bilirsiniz, biz saxta ittihamlar və ya saxta xəbərlər, yalanlar dünyasında yaşayırıq. Nə isə sübut edilənə qədər biz bunun yalan xəbər və yalan ittiham olduğuna inanmağa davam edəcəyik”, - Peskov cavab verib/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR
21:18 23.04.2024

Millimiz Belarusa uduzub