Putinin sözçüsü Ukraynaya hücumdan və Qərblə danışıqlardan söz açdı: "Rusiya ilə ABŞ və NATO tamam başqa yollardadır, bu, narahatlıq doğurur"
16-01-2022 [11:53]
“Bir tərəfdən Rusiya, digər tərəfdən isə ABŞ və NATO tamam başqa yollardadır və bu, narahatlıq doğurur”.
Bunu “CNN”ə müsahibəsində Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov deyib.
“Aramızda müəyyən anlaşma mövcuddur. Amma ümumilikdə, indi deyə bilərik ki, biz fərqli istiqamətlərdəyik, tamam başqa yollardayıq. Bu, yaxşı deyil və narahatlıq doğurur”, - deyə Peskov bildirib.
D. Peskov eyni zamanda Rusiyanın Ukraynanın NATO-ya üzv olmayacağına dair hüquqi qüvvəyə malik zəmanətlər alması zərurətini bir daha vurğulayıb, çünki əks halda Kiyevin alyansa qoşulmaq üçün hüquqi imkanları olacaq: “Ukrayna ilə sərhəddə gərginlik həddindən artıq yüksəkdir, ona görə də Rusiya təhlükəsizlik zəmanəti ilə bağlı təkliflərinə birbaşa cavab almaqda israrlıdır”.
Onun sözlərinə görə, rəsmi Moskva konkret təkliflərinə çox konkret cavab istəyir: “Sərhəddə, Avropanın bu hissəsində həddindən artıq çox yüksək gərginlik var. Belə bir vəziyyət qitəmiz üçün son dərəcə təhlükəlidir”.
Peskov həmçinin qeyd edib ki, ABŞ Rusiyanın guya Ukrayna ətrafında eskalasiya planlaşdırdığına dair iddialarına dair heç bir sübut təqdim etməyib: “Biz hələ də sübut gözləyirik”.
“CNN” aparıcısı Rusiyanın Ukraynaya hərbi eskalasiya və ya hücum planlaşdırdığına dair xəbərlərin olduğunu bildirib və D. Peskova bununla bağlı sual ünvanlayıb:
“Görürsən ki, bu baş vermir. Bu, birinci.
İkincisi, dünən axşam biz cənab Sallivanın bəyanatını eşitdik (ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan - Red). Və o, söz verdi ki, səhv etmirəmsə, 24 saat ərzində bu ittihamların sübutlarını dərc edəcək. Biz. hələ də bu sübutu gözləyirik. Bilirsiniz, biz saxta ittihamlar və ya saxta xəbərlər, yalanlar dünyasında yaşayırıq. Nə isə sübut edilənə qədər biz bunun yalan xəbər və yalan ittiham olduğuna inanmağa davam edəcəyik”, - Peskov cavab verib/Report.
Ərdoğan Baydenlə görüşəcək
Rusiya MN-in sözçüsü gürcü döyüşçüləri öldürdüklərini deyir: "Biz onları tapıb cəzalandırdıq"
NATO bu ölkələr üçün yeni dəstək paketləri qəbul edəcək
Azərbaycandakı çaylarda sululuq artacaq
Rusiya Futbol İttifaqının prezidenti dəyişib
İlham Əliyevlə şirkət rəhbəri arasında maraqlı dialoq: "Ermənilər burada yaşamayıblar və hər şeyi dağıdıblar"
Rusiya defolt edib: "Vəsait var, ancaq..." - Putinin sözçüsündən iddialara reaksiya
"Neftçi" daha bir futbolçusu ilə vidalaşıb
Bakıda Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi təsis ediləcək
Prezident İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının Baş katibini qəbul edib - Nələr müzakirə olunub?
General Hikmət Mirzəyev şəhid övladları ilə görüşüb - FOTO
Sabah hava necə olacaq? - Proqnoz
Nazir: "Azərbaycan, Qazaxıstan və Türkiyənin məsul nazirləri arasında İşçi Qrupu formalaşdırılacaq"
İlham Əliyev Kəlbəcərdə: "Ermənistanla bütün sərhəd boyunca yeni mövqelər, yeni postlar yaradılır"
Prezident Kəlbəcərdə komando hərbi hissədə: "Biz müharibə istəmirik, amma..." - "Biz indi bütün sərhəd boyunca yerləşmişik" - FOTOLAR
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
G7 ölkələrinin liderləri toplandı, ilk görüşdə Putin lağa qoyuldu: "Biz əzələlərimizi göstərməliyik” - VİDEO/FOTO
Çavuşoğlu Bakıya gəlib
Lənkəranda 32 yaşlı kişi öldürüldü
UEFA Region Kuboku: "Cəbrayıl" turnirlə vidalaşdı
O CIĞIRLARA BİR DƏ YOLUMUZ DÜŞƏCƏK...
Sabah hava necə olacaq? - Proqnoz
Rusiya Kiyevdə yaşayış binasına zərbələr endirdi: "Dağıntılar altında qalanlar var" - FOTOLAR
Mehriban Əliyevadan paylaşım: "Azərbaycanın ərazi bütövlüyünü bərpa etdiyinizə görə sizə minnətdarıq"
Bakıda Silahlı Qüvvələr Günü münasibətilə hərbi orkestrlərin yürüşlərinə start verildi - FOTOLAR
Bu gün Bakıda yürüş olacaq - Bu yollar bağlanacaq (SİYAHI)
RUS ORDUSU UKRAYNADA DAHA BİR ŞƏHƏRİ ƏLƏ KEÇİRDİ: "İnanırıq ki, tezliklə geri alacağıq"
Ceyhun Bayramov iki ölkə səfiri ilə görüşüb - XİN-dən açıqlama
“Putin qələbə qazanarsa..." - Consondan xəbərdarlıq
Rusiyanın patriarxı Kirill mərasimdə belə yıxıldı - VİDEO
BU ŞƏXSLƏRƏ GENERAL RÜTBƏSİ VERİLDİ - Sərəncam
Prezident İlham Əliyev bu hərbçiləri təltif etdi - SİYAHI
Sabahın hava proqnozu açıqlandı
Kəşfiyyat: "Nə Rusiyada dövlət çevrilişi, nə də Putinin mövqeyində dəyişiklik baş verəcək - "Bu, çöküş müharibəsi olacaq"
Ermənilərin atıb qaçdığı növbəti silahlar tapıldı - FOTO