Gürcüstanda “Omikron” ştamı: yoluxanların sayı 1 185-ə çatıb

img

15-01-2022 [12:49]


Gürcüstanda son sutkada koronavirusun “Omikron” ştamına 89 yeni yoluxma halı qeydə alınıb.

Bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən bildirilib.

Bununla da hazırkı dövrədək Gürcüstanda COVID-19-un yeni variantına yoluxanların sayı 1 185-ə yüksəlib.

Qonşu ölkədə hazırda koronavirusa yoluxma hallarının 45 %-i “Omikron”un payına düşür.

Qeyd edək ki, qonşu ölkədə “Omikron”a ilk yoluxma halı dekabrın 20-də təsdiqlənib/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR