60-dan çox elmlər namizədi və doktoru yetişdirən professor... – Yaşasaydı, bu gün 88 yaşı tamam olacaqdı

img

15-01-2022 [10:00]


Azərbaycan Dövlət İqtisad Universitetinin sabiq prorektoru, professor, İqtisad elmləri doktoru, Azərbaycanda iqtisadi kibernetika elmi istiqamətinin yaradılmasının banisi, Dövlət Mükafatı Laureatı Bədirxan Musayevin bu gün doğum günüdür.

Mia.az xəbər verir ki, professor 1934 –çü ilin yanvar aynın 15-də Gürcüstan Respublikasının Tetritskaro (Ağbulaq) rayonunun Kosalar kəndində anadan olub.

O, orta məktəbi Gürcüstanda bitirdikdən sonra Bakıya gəlib, ömrünün böyük hissəsini, nə az, nə çox – düz 60 ilini doğma evi saydığı indiki Dövlət İqtisad Universitetinə həsr edib.

Professor Bədirxan Musayev elmi fəaliyyəti ilə bağlı Türk Dünyası Beynəlxalq Araşdırmalar Akademiyasının akademiki seçilib, 8 güşəli Beynəlxalq qızıl ulduz medalı ilə təltif olunub.

O, respublika və xarici dövlətlər üzrə 60-dan çox elmlər namizədi və doktoru yetişdirib. 

Professor B.Musayev 20 il Təhsil Nazirliyində ictimai əsaslarla “iqtisad” bölməsinə rəhbərlik edib. 

Ömrünün 60 ilini həsr etdiyi İqtisad Universitetində 12 il rektorun müşaviri, 10 il dekan, 8 il prorektor, 40 il isə "İqtisadi Kibernetika" kafedrasının müdiri işləyib.

Bədirxan Musayev 2 iyul 2016-ci ildə vəfat edib.

O, hər zaman tələbələrinin xatirələrində işıqlı ziyalı kimi qalacaq...

Allah rəhmət eləsin!


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR