Aleksandr Səmədov: "Azərbaycan dilini öyrənməyə vaxtım yoxdur"
14-01-2022 [16:38]
"Əlbəttə, atam azərbaycanca bilirdi".
Bunu Rusiya milli komandasının sabiq futbolçusu Aleksandr Səmədov "Qardaşyana cavab ver" yutub kanalına müsahibəsində deyib.
Keçmiş yarımmüdafiəçi atası Sergey Səmədovun hərbi xidmətlə əlaqədar Rusiyaya çox erkən getdiyini xatırladıb: "O, hərbi dəniz donanmasında - sualtı qayıqda xidmət edib. Xidmətini başa vurduqdan sonra Moskkvaya gələrək təhsil alıb, işləyib. Təəssüf ki, indi aramızda deyil. Azərbaycanca yanaşı, rusca da yaxşı danışırdı. Həyatının böyük hissəsini burada yaşadı".
A.Səmədov özünün Azərbaycan dilini öyrənmək istəyindən də danışıb: "Əlbəttə, öyrənmək istərdim. Çünki köküm oradandır. Arzum var, amma vaxtım yoxdur. Söz verirəm ki, bu məsələ ilə məşğul olmağa çalışacağam".
Ötənlərin tanınmış futbolçusu məktəb illərində milliyəti ilə bağlı problemlərlə üzləşdiyini bildirib: "Müxtəlif vəziyyətlər olub. Şərq görünüşlü olduğum aydındır. Mən indi anamın yaşadığı Tsaritsynoda yaşayırdım. Bir dəfə məşqdən və ya dərsdən sonra metroya minəndə başıma belə bir hadisə gəldi. Mən metroya düşünürəm və Tsaritsynoda bir vaxtlar skinhedlərin iştirakı ilə qırğınlar olub. Düşünürəm ki, hətta kimisə öldürüblər. Metrodan qalxanda gördüm ki, böyük izdiham oraya doğru qaçır. Təbii ki, çaxnaşma yaşadım. Uşaq idim. Təxminən 14-15 yaşım olardı. Geri çəkildim və sütunun arxasında gizləndim. Allaha şükürlər olsun ki, məni heç kim görmədi. Hətta qatarın altına da ata bilərdilər. Dəhşətli idi. Bütün vaqonlar skinhedlərlə dolu idi. Beləliklə, yaşlananda müxtəlif problemlər, münaqişələr oldu. Amma bu, həyatdır. Edə biləcəyimiz bir şey yoxdur".
O, 2013-cü ildə Bakıda Azərbaycan yığması ilə dünya çempionatının seçmə matçında azarkeşlərin təhqirlərinə məruz qalmasından da danışıb. 38 yaşlı keçmiş orta sahə oyunçusu "Həmin an cavab vermək, yoxsa meydanı tərk etmək istəyirdiniz" sualını cavablandırıb.
Səmədov risklərin yüksək olduğunu söyləyib: "Bu, dünya çempionatına çıxmaq üçün həlledici oyundur. İki yol var idi: Ya əsəbiləşib komandanı ruhdan salmaq və dünya çempionatından kənarda qoymaq, ya da öz işinlə məşğul olmaq. Açığı, bu cür davranışa layiq olduğumu düşünmürəm. Anlaşılmazlıq oldu. Bir müsahibə verdim və buna görə ajiotaj yarandı. Sadəcə, komandanın mundiala vəsiqə qazanması üçün meydana çıxıb öz işimi görməliydim. Bizim etdiyimiz də bu oldu"/Report.
Qırğızıstan prezidenti Füzuliyə gedib - İlham Əliyev qarşılayıb
SÜDDƏ QUŞ QRİPİ AŞKARLANIB
Kosmosda silahlanma... - Rusiya qətnamayə veto qoyub
Azərbaycan Ordusunda komanda qərargah təlimləri keçirilir - VİDEO
20 minə yaxın bakalavr magistraturaya imtahan verəcək - Bu tarixdə
Müğənni: "Bunu kimə desəm deyər ki, sənə ayıb olsun!"
Almaniya prezidenti CHP lideri ilə almanca danışdı və belə dedi: "Mükəmməl alman!" - 50 dəqiqəlik qapalı görüş olub (FOTO)
İsrail Hərbi Şurası HƏMAS-la görüşəcək - Yeni təklif hazırlanıb
"Google" İsrailə etiraz edən daha 20 əməkdaşını işdən çıxarıb
Millimiz bu gün Özbəkistan komandası ilə qarşılaşacaq
Yusif Yazıçının komandası uduzub
Azərbaycan nefti bahalaşır
Macarıstanın xarici işlər və ticarət naziri Azərbaycana gəib
Məşhur məşqçi xəstəxanaya yerləşdirilib - Səbəb
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Trabzonspor" rəqibini 3 qolla keçib
Gədəbəy rayon sakini Gəncədə bıçaqlandı
Əli Əsədov daha bir qərar imzaladı
İlham Əliyevlə Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılışında - FOTOLAR
Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb - Hökumətdən qərar
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək
Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib
Spiker 830 min manatlıq kompüter alır: mağazalardakı satışdan niyə baha alınır? - DETALLAR AÇIQLANDI (FOTOLAR, Yenilənib)
“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir - FOTOLAR
Türkiyənin ilk astronavtı Azərbaycana gələcək
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bülent Uyğun: "Avrokuboklara getmək şansımız çox yüksəkdir”
Sabiq nazir 75 yaşında vəfat edib
Sabiq icra başçısı yenidən hakim qarşısında - İki şirkətin üzərindən həbs götürüldü
Konqoda "meymun çiçəyi" virusu yayılıb - Xəbərdarlıq
Türkiyədə daha bir terrorçu tutulub
Qəzzada savaşın 201-ci günü: daha 79 dinc sakin həılak olub
Tanınmış vəkil partiya sədri olmaq istəyir
İlham Əliyevlə Qırğızıstan prezidenti görüşdü, sənədlər imzalandı - Bakıda + FOTOLAR (Yenilənib)
MƏŞHUR PROFESSOR ÖZÜNÜ GÜLLƏLƏYƏRƏK ÖLDÜRÜB - Rəsmi açıqlama yayıdı
İsrail ordusu Livanın cənubunu bombalayıb
Şimali Koreya İrana böyük heyət göndərib
Prezident qırğızıstanlı həmkarını COP29-a dəvət edib