Azərbaycan çempionatının oyunları təxirə salınıb

img

14-01-2022 [17:49]


Qadın voleybolçular arasında Azərbaycan Super Liqasında bu gün keçirilməsi planlaşdırılan I dövrənin növbəti oyunları təxirə salınıb.

Azərbaycan Voleybol Federasiyasının Mətbuat Xidmətindən verilən məlumata görə, görüşlər əlverişsiz hava şəraiti səbəbindən baş tutmayacaq.

Qeyd edək ki, Azərbaycan Voleybol Federasiyasının İdman zalında “Azərreyl” - “Abşeron” və UNEC – “Murov” qarşılaşmaları gerçəkləşməli idi.

Qeyd edək ki, kişi və qadınlar arasında Azərbaycan çempionatının ilk turu dekabrın 26-da keçirilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR