Lavrov: “Rusiya Ermənistanın təkliflərini Azərbaycana çatdıracaq” - "Bu, Cənubi Qafqazda vəziyyətin normallaşmasına yola açır və..."

img

14-01-2022 [13:44]


“Rusiya demarkasiya komissiyası ilə bağlı Ermənistanın təkliflərini Azərbaycana çatdıracaq”.

Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov söyləyib: “Komissiyanın yaradılması məsələsinin tezliklə həllinə ümid edirik”.

Nazir bildirib ki, “3+3 formatı ideyası Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən irəli sürüləndə Rusiya bunu fəal şəkildə dəstəkləyib: “Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılması səyləri Cənubi Qafqazda vəziyyətin normallaşmasına yola açır və digər məsələlərlə yanaşı, Cənubi Qafqazın üç ölkəsi ilə onların üç qonşusu arasında iqtisadi və digər əməkdaşlığın inkişafı yolu ilə hələ də qalan siyasi problemlərin daha fəal və səmərəli həllinə şərait yaratmağa kömək edir. 3+3 formatında başlanmış proseslər daha əhəmiyyətlidir, çünki bütün regionun inkişaf perspektivləri müzakirə olunur".

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR