Fərid Şəfiyev: "Əgər Ermənsitan bizim ərazi bütövlüyümüzü tanımasa..." - "Bəzi şəxslər var ki, vəziyyəti gərginləşdirmək istəyirlər"

img

14-01-2022 [12:28]


“İrəvan xanlığı bizim tərəfimizdən yaradılmış bir dövlət idi. Biz ora bu və ya digər formada qayıtmalıyıq”.

Bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev rəhbərlik etdiyi qurumda Azərbaycan Prezidenti İlham Əliyevin yanvarın 12-də yerli mediaya verdiyi müsahibəsi zamanı səsləndirilmiş əsas fikirlərə dair açıq müzakirələrdə deyib.

“Ermənistan tərəfi digər məsələləri müzakirə etməyə hazırdır. İrəvana azərbaycanlıların qayıtması isə onlar üçün qəbul edilmir. Azərbaycanın diplomatik və hərbi sahədə tətbiq etdiyi güc nəticəsində Ermənistan əvvəl dəmiryolunun, daha sonra avtomobil yolunun açılmasına razılıq verib. Ancaq hələ ki bunlar şifahidir. Məqsədimiz isə bunu sənədləşdirməkdir”, - o vurğulayıb/Report.

Mərkəz rəhbəri daha sonra deyib: “İndi də biz “niyə sonadək getməmişik” kimi şərhləri eşidirik. Ancaq bunu indi açıqlaya bilmirik. “İndi bizim məqsədimiz diplomatiya yolu ilə məqsədimizə nail olmaqdır. Bizim ilk hədəfimiz Ermənistanı Azərbaycanın ərazi bütövlüyünü tanımağa məcbur etməkdir. Əgər Ermənsitan bizim ərazi bütövlüyümüzü tanımasa, biz də onların ərazi bütövlüyünü tanımayacağıq. Prezident bunu açıq şəkildə elan edib”.

 Fərid Şəfiyev onu da əlavə edib ki, indi də biz “niyə sonadək getməmişik” kimi şərhləri eşidirik:

"Ancaq bunu indi açıqlaya bilmirik. İndi bizim məqsədimiz diplomatiya yolu ilə məqsədimizə nail olmaqdır. Bizim ilk hədəfimiz Ermənistanı Azərbaycanın ərazi bütövlüyünü tanımağa məcbur etməkdir. Əgər Ermənsitan bizim ərazi bütövlüyümüzü tanımasa, biz də onların ərazi bütövlüyünü tanımayacağıq. Prezident bunu açıq şəkildə elan edib”.

Fərid Şəfiyev deyib ki, Qazaxıstan hadisələrindən sonra Ermənistan çalışır ki, geosiyasi vəziyyətdən, sərhəddə olan hadisələrdən nəsə əldə etsin: “Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı qüvvələrinin orada yerləşdirilməsi ilə bağlı məsələ çox aşağı səviyyədədir. Ermənistan Müdafiə Nazirliyində bəzi şəxslər var ki, vəziyyəti gərginləşdirmək istəyirlər. İnanmıram ki, bu təxribata Nikol Paşinyan razılıq verib. Ola bilsin ki, biz sərhəddə digər belə təxribatları da görə biləyəcəyik”.

Mərkəz sədri Prezident İlham Əliyevin Ukraynaya bu günkü səfərindən danıışıb.

O bildirib ki, hələlik səfərin nəticələri barədə heç nə deyə bilməz: “Azərbaycan öz müstəqil siyasətini davam etdirir. Azərbaycan Prezidentinin Ukraynaya səfəri bir daha onu təsdiq edir ki, heç kim Azərbaycana nəyisə diqtə edə bilməz. Səfər zamanı iki ölkə arasında hansısa bir sənədin imzalanacağı və ya imzalanmayacağı barədə də heç nə deyə bilmərəm”.

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR