Uşaq bağçasında azyaşlıya qarşı şiddət... - İki nazirlik faktı araşdırır (Yenilənib)

img

14-01-2022 [10:07]


"İsmayıllı rayonunda uşaq bağçalarının birində baş verən hadisə ilə əlaqədar rayon polis şöbəsinin təhqiqat qrupu həmin bağçadadır, müvafiq sorğu və izahat işləri aparılır".

Bunu Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib.

O deyib ki, üç yaşlı uşağı vuran baxçanın tərbiyəçi - müəlliməsi olan 1969-cu il təvəllüdlü Zülfiyyə Baxışova təhqiqata cəlb edilib: "Həmin şəxs ailəlidir, 2 övladı var. Araşdırmanın nəticəsindən asılı olaraq, hüquqi tədbir görüləcək".

***

Sosial şəbəkələrdə uşaq bağçalarından birində azyaşlıya qarşı şiddətin göstərilməsi ilə bağlı görüntü Təhsil Nazirliyi tərəfindən ciddi şəkildə araşdırılır.

Mia.az xəbər verir ki, bu barədə nazirliyin rəsmisi Cəsarət Valehov bildirib.

Onun sözlərinıə görə, bu barədə ictimaiyyətə qısa zamanda məlumat veriləcək.

Onu da qeyd edək ki, fakt Daxili işlər Nazirliyi tərəfindən də araşdırılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR