19 yaşlı tələbə qızı öldürüb zibilliyə atan oğlana hökm oxundu
13-01-2022 [15:12]
Ötən ilin fevral ayında Gəncə şəhərində itkin düşmüş, bir ay itkin kimi axtarışda olduqdan sonra meyiti Avtozavod adlanan ərazidəki zibillikdən tapılan 19 yaşlı Pərvin Musayevanın qətlə yetirilməsi faktı ilə bağlı açılmış cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Mia.az publika.az-a istinadən xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində tələbə qızı boğaraq qətlə yetirmiş sevgilisi, 20 yaşlı Sərdar Cəfərov barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə açılmış işin araşdırılması zamanı bəzi faktlar üzə çıxıb. Məlum olub ki, Pərvinlə Sərdar tələbə olublar. Hər iki tələbə Azərbaycan Dövlət Aqrar Universitetində təhsil alıb. S. Cəfərov Mühdəndislik fakültəsinin Elektroenergetika mühəndisliyi ixtisası, Pərvin Musayeva isə Aqronomluq fakültəsinin Subioehtiyatları və Akvabitkilər ixtisası üzrə ikinci kurs tələbələri olublar. Onlar ali məktəbə hazırlaşmaq üçün eyni hazırlıq kursuna gediblər və orada tanış olaraq münasibət qurublar. Lakin sonradan Pərvinlə Sərdarın münasibətləri pozulub. Onlar gec-gec görüşməyə başlayıblar. Fevralın 19-da cütlük sonuncu dəfə görüşüb. Sərdarın maşınında söhbət edərkən Pərvin ona ayrılmaq istədiyini deyib, oğlan isə yenidən barışmaq üçün israr edib.
Sərdar Cəfərov məhkəmədə hadisə barədə danışmaq istəmədiyini, əməlini etiraf etdiyini, peşman olduğunu deyib. Bu səbəbdən onun ibtidai istintaqa verdiyi ifadə elan edilib. İfadədən məlum olur ki, Sərdar atasına məxsus “Wolksfagen” markalı avtomobillə Gəncədəki “Ramizin çay evi” adlanan obyektin qarşısına gəlib və orada Pərvinlə görüşüb. Pərvin maşının arxa oturacağında əyləşib və sükan arxasında olan Sərdarla mübahisə ediblər. Mübahisə zamanı Sərdar sükan arxasından düşərək arxa oturacağa – Pərvinin yanına keçib və onun boğazından tutub. Qızın başını dizləri üstünə əyən 20 yaşlı oğlan bir qədər sıxdıqdan sonra onun öldüyünü görüb. Maşının arxa şüşələri qara plyonka ilə örtülü olduğundan hadisəni kənardan heç kim görməyib.
Bundan sonra Sərdar meyiti arxa oturacaqda qoyaraq maşını sürüb yaşadığı həyət evinə gətirib. Bu zaman onun atası dövlətlərarası nəqliyyat vasitəsində sürücü işlədiyindən evdə olmayıb, anası isə Poçt şöbəsində növbədə olub. Mənzildə heç kimin olmadığı vaxt Sərdar meyiti otaqlardan birinə qoyaraq mağazaya gedib və skoç alaraq geri qayıdıb. O, Pərvinin meyitini sellofanla büküb, daha sonra isə skoçla tam kipləşdirib. Bundan sonra Sərdar qızın şəxsi əşyalarını, geyimlərini götürərək evdən çıxıb və onları 3 müxtəlif zibilliyə ataraq geri qayıdıb. Fevralın 19-da meyiti evdə gizlədən Sərdar ayın 20-də hadisənin şoku altında evdən çıxmayıb. Evə gələn anası da mənzildə meyitin gizlədilməsindən xəbər tutmayıb. Fevralın 21-də anası qohumugilə qonaq getdiyi vaxt o, meyiti gizlətdiyi yerdən çıxarıb və maşının baqajına qoyaraq Gəncə şəhərindəki 2 saylı məktəbin qarşısına gətirib. Burada ətrafda kimsənin olmadığını yəqinləşdirdikdən sonra Sərdar meyiti zibil qutusuna ataraq maşınla uzaqlaşıb.
Qətlə yetirilmiş qızın ailəsi onun yoxa çıxdığını görərək sevgi münasibətində olduğu Sərdardan şübhələnib. Hətta onlar Sərdargilin evinə gələrək axtarış aparıblar. Lakin orada Pərvini tapa bilməyiblər. Pərvin Musayevanın qardaşı informasiya texnologiyalarından istifadə edərək bacısının hadisə baş verən gün Sərdarla danışdığını, onun Sərdarla münasibətinin davam etdiyini müəyyənləşdirib və bu səbbədən bütün şübhələr Sərdarın üzərində olub. Lakin özünü soyuqqanlı aparan Sərdar 1 ay müddətində istintaqdan yayına bilib. Meyitin də üzə çıxmaması qətlin üstünün açılmasını yubadıb. Bu müddətdə dəfələrlə dindirilən Sərdar hadisənin baş verdiyi gün Pərvini görmədiyini bildirib. Nəhayət hadisədən 1 ay sonra martın 18-də Sərdar toplanmış sübutlar qarşısında əməlini etiraf edib və Pərvinin meyitini zibilliyə atdığını deyib. Bundan sonra zibillərin toplandığı yerdə axtarışa başlanılıb və martın 19-da Pərvinin skoçlanmış meyiti aşkar edilib.
Qeyd edək ki, ibtidai istintaq zamanı Pərvinin ailəsi Sərdarın qətldən sonra anasına bildirdiyini və onun anasının meyitin skoçlanmasında, gizlədilməsində iştirakının olduğunu bildirib. Lakin istintaq zamanı bu iddia sübuta yetirilməyib.
Məhkəmədə zərərçəkmiş tərəf Sərdar Cəfərovdan şikayətçi olduqlarını, onun ağır cəzaya məhkum edilməsini xahiş edib.
Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Mahmudovun sədrliyi ilə keçirilən proses yanvarın 7-də başa çatıb. Sərdar Cəfərov 12 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına və cəzasını ciddi rejimli müəssəsiədə çəkməyə məhkum edilib.
Qarabağ əlili "Azəriqaz"ı məhkəmədə uddu, SOS verdi - "Məhkəmə qanunsuz qərarı ləğv etdi, mən işimə bərpa olundum"
ABŞ vitse-prezidenti Bakıya gəlir
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Beynəlxalq Bank “Bank BTB”ni "ələ keçirir"
Daha dörd nəfər qazdan zəhərləndi
Xarici İşlər Nazirliyində yeni təyinat olub
“Turan-Tovuz” ona xor baxan azarkeşinə necə dərs verdi? - Doğma stadion üçün qəribsəmə zamanıdı
İcra başçısı aparıcı olan həyat yoldaşı barədə tez-tez niyə paylaşım edir? - FOTOLAR
General-leytenant təqaüdə göndərilib
Bəzi bölgələrdə güclü külək əsəcək - Xəbərdarlıq
Tural Həsənliyə vəzifə verildi - Kamran Əliyev yeni əmr imzaladı
Salyanda yeniyetmə qız qızdırmadan ölüb
Şəmkirdə 30 yaşlı kişi 69 yaşlı qadını öldürüb
Sabiq deputat: "Saleh Məmmədov əlinin altında xeyli sayda reket jurnalist saxlayırdı" - "Onun saat kolleksiyasının dəyəri bir neçə milyon dollardır"
AFN.az-ın 14 yaşı tamam olur
Sabah hava necə olacaq? - Proqnoz
Ceyhun Bayramov Pakistan XİN başçısına zəng edib
Allahşükür Paşazadə Vatikana gedir
Azərbaycan neftinin qiyməti 71 dollara qalxdı
“İmişli”nin xəbəri var ki, çay içəndən sonra qaçıb haraya gedirik?
“Turan” əhəmiyyətli qələbə qazandı - Kubok oyunlarında gərgin intriqa havası başlayır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Qəbələdə "Qış nağılı" II Beynəlxalq Musiqi Festivalının açılışı olub
"Qalatasaray" 30 milyon avroya satdığı futbolçunu geri qaytardı
Sabiq səfirlə bağlı istintaq başlayıb - London polisi diplomatın evində axtarış aparıb
İordaniya Kralı Türkiyəyə gəlir
Ankarada polis öldürülüb - Döyülərək...
SALEH MƏMMƏDOV VƏZİFƏDƏN ÇIXARILDI, YERİNƏ NAZİR MÜAVİNİ GƏTİRİLDİ - Prezident sərəncam imzaladı
Azərbaycan Rusiyaya nota verdi - Səfir XİN-ə çağırıldı və...
Prezident İlham Əliyev Fərman imzalayıb
Prezident daha bir fərman imzaladı - Dəyişiklik
8 AY SONRA ABŞ və İRAN RƏSMİLƏRİ BİR ARAYA GƏLDİ - Ommandakı tarixi görüşdən ilk açıqlama
Bakıda ağac kəsənlər prokurorluğa verildi
Yanvarda vurulan ən yaxşı qol... - PFL müəllifi açıqladı
10 gün əvvəl əsgər gedən Coşqun Sadıqov hospitalda vəfat edib
QHT sədri qəzada ölüb
Aİ Maskın təhqir etdiyi Baş naziri müdafiə etdi
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
"Ruslan təcridxanadadır, üstəlik bu dəqiqə xəstədir" - Vəkildən yayılan xəbərə reaksiya
TEMU QALMAQALI: "Mənim paltarlarım çox böyük ölçülərdir, sizə yaramaz" - Müğənni gömrükçülərə çağırış etdi
Bakıda və rayonlarda külək güclənəcək - Xəbərdarlıq